beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin beyni seksə daha həssasdır

Adətən qadınlar söylədiklərinin kişilər tərəfindən yalnış anlaşıldığından və ya ümumiyyətlə heç başa düşülmədiyindən şikayətlənirlər. Əslində bu fikir həqiqətdən o qədər də uzaq deyil, amma burda kişiləri günahlandırmaq da düzgün deyil. Çünki bu onların əlində olmayan, tamamilə zehni quruluşlarından aslı olan məsələdir. Kişi və qadın beyni fərqli ölçülərdə olduğu kimi, həmçinin onların işləmə mexanizmləri də fərqlidir. Aparılan araşdırmalar bu fikri təsdiqləməyə əsas verir. Buna görə də, əziz qadınlar, əgər tərəf müqabilinizə nəyisə izah etməyə çalşırsınızsa, bu zaman o sizin söylədiklərinizi fərqli anlayan zaman əsəbiləşməyin. Sadəcə, demək istədiklərinizi ona heç dolaşdırmadan, birbaşa izah edin.
“Beynimizdəki Cinsəllik” kitabının yazarları Anne Moir və David Jessela görə qadın və kişi tamamilə fərqli yaradılışlardır. Onların beyninin yalnız bir deyil, bir neçə funksiyası bir-birindən fərqlənir. Qadınların hər hansısa bir olay haqqında fikirləri ilə kişilərin bu barədəki fikirləri uyğun gəlmir. Bu tamamilə normal haldır. Axı fərqli beyinə sahib insanlar məsələlərə necə eyni cür reaksiya verə bilərlər?
New Yorkdakı Rockefeller Universitetinin professoru Donald Pfaff da uzun illər ərzində davam edən araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, qadın və kişi beyni bir-birindən fərqlənir. O gen, hormon və yaxın çevrəni bu fərqə səbəb olan əsas vasitələr kimi göstərib.
Araşdırmalar nəticəsində həmçinin o da məlum olub ki, kişi beyni qadın beyni ilə müqayisədə hesab məslələrində daha yaxşı işləyir. Bunun əsas səbəblərindən biri isə odur ki, kişi beyni qadın beyni ilə müqayisədə 500 qram daha ağırdır. Kişi beyninin qadın beynindən digər bir fərqi isə kişilərdə qoxu, aqressiya kimi hisslərin daha çox inkişaf etməsidir. Həmçinin kişilərin beyninin quruluşu elədir ki, onlar seksə və şiddətə qarşı daha həssas olurlar. Qadınların beyninin böyük hissəsi isə əsasən yaddaş, hisslər, problemlər mövzusunda aktivdir.
Qadınların kişilərə nisbətən daha həssas, duyğusal olması da, sən demə, beyindən qaynaqlanan məsələ imiş. Belə ki, kişilərdə beynin duyğusal yaddaş ilə məşğul olan hissəsi əslində daha böyükdür, lakin o sağda yerləşir. Qadınlarda isə əksinə, yaddaşla məşğul olan hissə beynin sol yarımkürəsində yerləşir. Buna görə də onlar daha duyğusal olurlar.


Tarix: 06.01.2015 / 18:41 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Gəl, tanış olaq