beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu sözlər kişiləri əsəbiləşdirir

Bəzən qarşımızdakı insanı nə qədər çox sevdiyimizi desək də, bilməyərəkdən onun sevmədiyi cümlələrdən istifadə edib xətrinə dəyə bilirik. Yəqin ki, heç birimiz bu səbəbə görə sevdiyimiz insanla mübahisə yaşamaq istəmərik. Elə buna görə də,
əziz xanımlar, bu dəfə sizə kişilərin sevmədiyi cümlələr, suallar haqqında danışmaq istəyirik. Oxuyun və münasibətinizi ziyan verməmək üçün belə ifadələrdən maksimum uzaq olun.

Yalnış sual 1. Səncə, münasibətimizdə yolunda getməyən nədir?
Kişilərin heç vaxt eşitməyi arzulamadığı suallardan birincisi. Bir şeyi dəqiq bilin ki, əziz xanımlar. Kişilər sizin qədər hər incə detal barəsində uzun-uzun düşünməyi sevmirlər. Ona görə də siz hər bu sualı verdiyinizdə onu bir az daha yoracaq və özünüzdən uzaqlaşdıracaqsınız. Bu sualı dayanmadan təkrarladıqda isə siz onun gözündə dözülməz qadın obrazına çevriləcəksiniz.

Yalnış Sual 2: Niyə mənim danışdıqlarıma qulaq asmırsan ?
Bəzi mütəxəssislər sevgilinizlə yaxşı münasibət qurmaq üçün onunla dost olmağınızı əsas şərtlərdən hesab etsələr də, bəzilərinə görə sevgililər arasında pərdə olması əsas şərtlərdəndir. Buna görə, əziz qadınlar, rəfiqənizlə etdiyiniz dedi-qodunu sevgilinizlə etməyə çalşmayın. Çünki kişilər bu mövzuda təcrübəsizdirlər. Bu zaman onun sizin söylədiyinizə qarşı tək resaksiyası başını bulamaq olacaq. Əvəzində əsəbiləşərək ondan “Niyə mənimlə maraqlanmırsan?” deyə soruşmaqdansa, mövzunu dəyişməyə çalışın.

Yanlış Sual 3: “Bugünə qədər neçə sevgilin olub?
Qadınları ən çox maraqlandıran suallardan biri də sevgililərinin onlardan əvvəl neçə nəfərlə bir yerdə olmasıdır. Necə ki, heç uyğun olmayan vaxtda bu sualı onun soruşması sizi əsəbləşdirə bilər, eləcə də bu sual kişilərdə də eyni effekti yaradır. Onlar bəlkə də bu sualı sizdən soruşmasına haqq qazındıra bilirlər, amma qadının kişidən bunu soruşmasını qəbul edə bilmirlər.

Yanlış Sual 3: “Xəbərin var sabah nə günüdür?”
Kişiləri ən çox stresə salan suallardan biri. Siz bu sualı verdiyiniz zaman avtomatik olaraq onun ağlına onlarla variant gəlir: “Bəlkə evlilik ildönümümüzdür, ya ad günüdür, ya ilk görüşdüyümüz gündür, ya harasa qonaqlığa dəvət olunmuşuq?”. Belə suallarla onun ağlını qarışdırmaqdansa, “Sabahkı qonaqlıqda nə geyinməyi planlaşdırısan?” deyə soruşun.

Yanlış Cümlə 1: “Danışmalıyıq!”
Bu cümləni eşidən kimi qarşınızdakı kişi artıq məsələnin nə yerdə olduğunu bilir və söhbəti dəyişdirmək üçün bəhanə axtarmağa çalışır. Bununla siz onu səbəbini bilmədiyi bir məslədə həll yolu axtarmağa vadar edirsiniz. Buna görə də əgər həqiqətən də onunla danışmağınız lazım olan bir məsələ varsa, çalışın ki, bunu daha yumuşaq şəkildə bildirəsiniz.

Yanlış Cümlə 2: “Sənin üçün futbol məndən daha vacibdir!”
Kişilərin ən böyük hobbilərindən biri futboldur. Onlardan bəziləri üçün hətta rahatlamağın tək yolu matç izələməkdir. Buna görə də o hansısa əhəmiyyətli bir oyuna baxmaq istəyirsə, bu arzusuna qarşı çıxmağa çalışmayın. Onun gözünüzdəki dəyərinizi futbol ilə müqayisə etməyinizi heç bir kişi istəməz. Bu zaman yaxşı olar ki, onunla birlikdə futbol izləyib bu fərqli əyləncə növünün dadın çıxarmağa çalışasınız.

Yanlış Cümlə 3: “Heç nə olmayıb!”Əsəbi olduğunuz hər halınızdan bilinir, bunu hiss etməmək üçün kor olmaq lazımdır. Amma siz hələ də o sizdən bunun səbəbini soruşanda “”Heç nə olmayıb!” deyə sərt şəkildə reaksiya verirsiniz. Bu zaman sevgilinizin sizə nə olduğunu özünün anlamasını gözləməyin, bəlkə də o sizin xətrinizə dəyə biləcək bütün variantlar haqqında fikirləşəcək, amma bunun içində sizi əsil əsəbiləşdirən səbəb olmayacaq. Belə cümlələrə onu yormaqdansa, yaxşı olar ki, sizə nə olduğunu deyə və birlikdə həll yollarını axtarasınız.


Tarix: 06.01.2015 / 18:40 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Gəl, tanış olaq