beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Opera kabusu (film, 2004)

İng: The Phantom of the Opera
Ölkə – ABŞ, Böyük Britaniya
İl – 2004
Rejissor – Coel Şumaxer
Rollarda – Cerard Batler, Emmi Rossum, Patrik Uilson, Miranda Riçardson, Minni Drayver və b.
Büdcə – 70 milyon $
Premyera – 10 dekabr, 2004

Film haqqında
Kabus roluna Con Travolta və Antonio Banderas namizəd idi. Antonio Banderas hətta vokal dərsləri də almışdı.
Kristina roluna Kira Naytli, Şarlotta Çerç, Enn Heteuey namizəd idi. Keti Holms rola təsdiqlənsə də, rejissor Ketini rol üçün yaşlı sayıb. *Layihə 1990-cı ildə hazırlanmışdı. Layihədə baş rolları Maykl Krouford və Sara Braytman oynamalı idilər. Amma layihənin başlamağına az vaxt qalmış Endrü Lloyd Veber Sara Braytmanla boşandığı üçün layihə "rəfə" qaldırıldı.
Hindistanlı Şexar Kapur rejissor kürsüsünə namizədlərdən biri idi.
13 il ərzində layihədə adı qeyd edilənlərin çoxu dəyişdirildi. Yalnız rejissor Coel Şumaxer qaldı.
Baş rol ifaçısı Cerard Batleri qrimləmək üçün hər gün 4 saat vaxt sərf edilib.
Filmin son səhnəsinin çəkilişinə 1 həftə vaxt gedib.
2004-cü ilin aprelində Londonda eyniadlı əsər teatrda göstərilirdi. Çəkiliş qrupu aktyorlardan səhnəni tərk etməməyi, film üçün səs effektləri yazmağa kömək etməyi xahiş ediblər.


Tarix: 23.02.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Filimler