beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Om Şanti Om (film, 2007)

"Om Şanti Om" (hindi ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək...

Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar. Şanti minnətdarlıq əlaməti kimi Omla görüşməyə razılıq verir. Om isə elə güman edir ki, bu görüşlər bir gün tam ciddi münasibətlərə çevriləcək. Lakin sonra Om öyrənir ki, Şanti artıq ərdədir – prodüser Mukeş Mehranın arvadıdır. Onlar uzun müddətdir ki, bu nikahı hamıdan gizlədirlər. Om təsadüfən Mukeşlə Şantinin danışığını eşidir və anlayır ki, Şanti ərindən uşaq gözləyir. Mukeşsə Şantiyə yeni filmə çəkilmək üçün hazırlaşmağını tapşırır. Axşam onlar hər ikisi filmin yeni dekorasiyalarına baxmağa gedirlər. Lakin həmin axşam faciə ilə sona çatır. Mukeş dekorasiyalar olan pavilyonu yandırır və Şantini həmin pavilyonda qoyub qapını bağlayır. Onu xilas etməyə çalışan Om buna müvəffəq olmur və Şanti ölür. Om yaralı vəziyyətdə xəstəxanaya gətirilir. Həmin axşam böyük hind aktyoru Rac Kapurun arvadı da xəstəxanaya gətirilir. Beləliklə, eyni vaxtda həm uşaq dünyaya gəlir, həm də Om Prakaş vəfat edir.

İkinci hissə, hazırkı dövrü göstərir. Artıq 30 il keçib. Rac Kapurun oğlu Om Kapur 30 yaşını qeyd edir. İstedadlı və tanınmış aktyor Om Kapur bütün arzuolunan şeyləri əldə etmişdir. Yeganə qorxusu isə alovdandır. Getdikcə o, qəribə və ona yad olan xatirələri yadına salır. Və o, özündə Om Prakaş Mahicanı hiss etməyə başlayır. Elə bu zaman onun həyatında Mukeş Mehra peyda olur. Om məhəbbəti naminə intiqam almaq qərarına gəlir bə Mukeşi böyük aktrisa Şanti Priya haqqında film çəkməyə inandırır. Şanti roluna aktrisa seçimləri elan edilir. Bu seçimlərə Om öz dostunu və qoca anasını da cəlb edir... Daha sonra əsl Şantinin ruhu Mukeşin ölümünə səbəb olur. Beləcə Om intiqam almağa müvəffəq olur.

Bu filmdə komediya və faciə, melodram və mistika eyni zamanda verilir.

Film haqqında

Şahrux Xan Berlində filmin mətbuat konfransına gələrkən
Film 2007-ci il Bollivudunun ən uğurlu layihələrindəndir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Fərəh Xan, Müştaq Şeyx, Mayur Puri
Rejissor : Fərəh Xan
Operator : V. Manikandan
Prodüserlər : Sanciv Çavla, Qauri Xan, Şahrux Xan
Bəstəkarlar : Vişal Dadlani, Şexar Ravciani

Rollarda
Şahrux Xan – Om Prakaş Mahica / Om Kapur
Dipika Padukone – Şanti Priya / Sandi
Şreyaz Talpeyd – Pappu
Vişal Dadlani
Malaika Arora
Rişi Kapur
Subhaş Qhayi
Karan Cohar
Amitabh Baççan
Abhişek Baççan
Ritik Roşan
Rani Mukherci
Priti Zinta
Caved Şeyx – Raceş Kapur
Arcun Rampal – Mukeş Mehra
Zayed Xan
Ərbaz Xan
Dino Morea
Riteş Deşmukt
Kacol
Priyanka Çopra
Şilpa Şetti
Lara Datta
Cuhi Çavla
Saif Əli Xan
Sancay Datt
Salman Xan
Tuşar Kapur
Mithun Çakraborti
Karişma Kapur
Akşay Kumar
Müştaq Şeyx
Amişa Patel


Tarix: 23.02.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Filimler