beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbət yolları ilə (film, 2003)

"Məhəbbət yolları ilə" (hindi चलते चलते) — rejissor Əziz Mirzənin filmi.Mündəricat
1 Məzmun
2 Filmin Heyəti
2.1 Filmin üzərində İşləyənlər
2.2 Rollarda


Məzmun

Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir. Priya mənşəcə Yunanıstandandır və xalası Anna ilə yaşayır. Bəs görəsən bu iki fərqli insan necə bir-birilərini sevə bilərlər?

Filmin Heyəti

Filmin üzərində İşləyənlər
Ssenari müəllifləri : Əziz Mirzə, Robin Bhatt, Pramod Şarma, Rumi Cefferi, Aşiş Kariya
Rejissor : Əziz Mirzə
Operator : Aşok Mehta
Prodüserlər : Cuhi Çavla, Şahrux Xan, Əziz Mirzə
Bəstəkarlar : Catin-Lalit, Adeş Şrivastav

Rollarda
Şahrux Xan – Rac Malhotra
Rani Mukherci – Priya Çopra
Caş Arora – Samir
Lillit Dubi – Anna
Satiş Şah
Bobbi Darlinq
Conni Lever – Nandu


Tarix: 22.02.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Filimler