Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu legion (film, 2007)

476-cı il.Qərbi Romanın süqutu ilə quldarlığın ləğv olunduğu il. Qərbi Romanın 12 yaşında sonuncu hökmdarı olan Romul Avqust və onun müəllimi Ambrosinus (ona əsl adı Merlindir) Kapri adasına məhkum edilirlər. Romul adadan misri qılınc tapır.Bu qılınc nə vaxtsa Yuli Sezara məxsus olub.Rəvayətə görə, misri qılınc səmadan düşüb. Misiri qılıncla kim bacarsa, onda o imperator olacaq.Əvvəllər Roulun yanında çalışmış mühafizəkarlar (Mira və Aurelius) onu adadan xilas edirlər və birlikdə Britaniya adasına gedirlər ki, çoxlu legionlar toplasınlar.Lakin onları düşmənlər təüib edir.Düşməmlər mühafizəkarların üzərinə hücuma keçirlər.Bu zaman doqquzuncu legionun əsgərləri mühafizəkarlarla birlikdə vuruşurlar və sonda qalib gəlirlər.Qələbədən sonra Romul Avqust qılıncı daşın üzərinə atır və müharibənin qurtardırığını söyləyir. Bu hadisələrdən sonra Romul Avqust Pendraqon adını qəbul edir. Mina və Aurelius evlənirlər. Bu film tarixi filmdir.

Rollarda
Kolin Fört – Aurelius
Tomas Sanqster – Romul Avqust
Ayşvariya Ray – Mira
Ben Kinqsli – Ambosinus
Con Hanna – Nestor
Rupert Frend – Demetrius
İen Qlend – Orest (Romulun atası)

Filmin heyəti
Rejissor: Daq Lefler
Operator: Marko Pentakorvo
Musiqi: Patrik Doyl
Prodüserlər: Tarak Ben Ammar, Ceyms Kleyton, Kris Karlinq, Dino De Laurentis
Ssenaristlər: Cez Battervorf,Tom Battervorf, Karlo Karley

Maraqlı faktlar
" Sonuncu Legion " filmi4 ölkə ərazisində çəkilmişdir: Fransa, Böyük Britaniya, İtaliya və Tunis.
" Sonuncu Legion " filmi italyan tarixçisi və yazıçısı Valerio Massimo Malfredinin eyni adlı romanı əsasında (2002-ci il) çəkilmişdir.
Filmin 4 saatlıq materialı final hissəsindən kəsilmişdir.


Tarix: 19.02.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Filimler
loading...