beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpə gəzintidə (film, 1994)

"Körpə gəzintidə" (ing. Baby's Day Out) — rejissor Petrik Rid Consonun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir. Bununla da ailə uşağı tapır. Uğursuz uşaq oğruları isə həbs olunurlar.

Film haqqında
Filmdə balaca Bink rolunu əkiz olan Ceykob Cozef və Adam Robert Uortonlar ifa etmişlər.
Filmə baxış üçün yaş həddi yoxdur və ailəvi baxış üçün nəzərdə tutulub.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Con Hyuz
Rejissor : Petrik Rid Conson
Operator : Tomas Ekerman
Bəstəkar : Brüs Broton
Prodüserlər : Con Hyuz, Riçard Veyn

Rollarda
Ceykob Cozef Uorton – körpə Bink
Adam Robert Uorton – körpə Bink
Co Mantenya – Eddi
Lara Flinn Boyl – Lorren Kotvell
Co Pantoliano – Norbi
Brayan Heyli – Viko
Sintiya Nikson – Cilbertin
Mettyu Qleyv – Benniqton Ostin Kotvell
Fred Dalton Tompson – FTB agenti Deyl Qrissom
Con Nevill – cənab Endrüs
Eddi Breken – qoca əsgər
Manni Sosa – taksi sürücüsü
Bricit Daffi – Salli
Anna Levayn – Mak Krey
Qay Hadli – FTB agenti
Cenna Pozi – Mak Kreyin qızı


Tarix: 22.02.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 575 Bölmə: Filimler