beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hörümçək-adam (film, 2002)

Hörümçək-adam (ing. Spider-Man) — 2002-ci ildə çəkilən ABŞ filmidir. Filmin rejissoru məşhur ABŞ rejissoru Sem Reymidir[1].Mündəricat
1 Məzmun
2 Rollarda
3 Saundtrek
4 İstinadlar
5 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir. Piter Parkerin həyatı bir gün bir hörümçək tərəfindən dişlənilməsiylə tamamilə dəyişər. Çünki bu hörümçək sıravi bir hörümçək deyil, genetik olaraq özəlliklə inkişaf etdirilmiş, elmi məqsədlərlə istifadə edilən bir təcrübədir. Bir müddət keçdikdən sonra Piterdə dəyişiklər baş verir. Piter əlindən gözlənilmədən hörümçək toru çıxarmağa başlayır. Beləliklə, Piter "Hörümçək-adam" kimi formalaşır. Piter boş vaxtlarında "Hörümçək-adam" adlı qəhrəmanının şəklini və geyimini yaradır. Bir neçə müddət sonra Piter insanları oğrulardan xilas edən qəhrəmana çevrilir.

Piterin tanıdığı Harri Ozbornun atası olan Norman Ozborn elm adamıdır. Norman müxtəlif təcrübələrlə məşğul olur. Bir gün gecə vaxtı uğursuz təcrübədən sonra onun əməkdaşı ölür. Lakin özü sağ qalaraq qəribə varlığa "Yaşıl qoblin"ə dönür. Zaman keçdikcə həmin varlıq insanları ələ keçirməyə başlayır. Bu müddətdə qəhrəman "Hörümçək-adam" insanları xilas etməklə məşğuldur. Quldurlardan biri Piterin dayısı Ben Parkeri öldürür. Piter isə bir müddətdən sonra qaydasız döyüş üzrə çempion olduqdan sonra döyüş meydanını tərk edərkən gözlənilmədən həmin quldura polislərdən qaçmağa kömək edir. Lakin sonradan Piter başa düşür ki, bu quldur onun dayısının ölümünə səbəb olub. Bu səbəbdən quldur binada olarkən Piter onu binadan yerə atır. Bu hadisədən sonra Piter başa düşür ki, onun əsas vəzifəsi cinayətkar aləmi ilə mübarizə aparmaqdır.

Vaxt keçdikcə "Yaşıl qoblin" Piterin sevdiyi qızı Meri Ceyni və funuklyor ilə birgə uşaqları ələ keçirir. "Hörümçək-adam" onun yanına gələn zaman "Yaşıl qoblin"dən ələ keçirdiyi insanları buraxmağı tələb edir. Lakin "Yaşıl qoblin" onun qarşısına iki məqsəd qoyur: Ya "Hörümçək-adam" sevdiyi qızı xilas etməli, ya da uşaqları xilas etməlidir. "Hörümçək-adam" həm Merini, həm də uşaqları xilas edir. Bu zaman "Hörümçək-adam" və "Yaşıl qoblin" arasında kəskin mübarizə başlayır. "Hörümçək-adam" çətinliklə də olsa mübarizədən sağ çıxır. "Yaşıl qoblin" Normana dönən zaman Piterə bu hadisənin oğlu Harriyə söyləməməsini istəyir və bu zaman ölür. Bu hadisə bitdikdən sonra Nomran qəbirdə basdırılır və Piter Harriyə bu haqda heç nə söyləmir. Harri isə ona deyir ki, atasının intiqamını "Hörümçək-adam"dan mütləq alacaqdır. Piterin sevgilisi Meri onun iki həyatlı insan olduğunu zənn edir.

RollardaAdRol
Tobi MaquayrPiter Parker (Hörümçək-adam)
Uillem DefoNorman Ozborn (Yaşıl qoblin)
Kirsten DanstMeri Ceyn Uotson
Kliff RobertsonBen Parker
Ceyms FrankoHarri Ozborn
Rozmari HarrisMey Parker
Brüs Kempbellqaydasız döyüş yarışmasının aparıcısı


Tarix: 22.02.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Filimler