beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Devdas (film, 2002)

"Devdas" (hindi देवदास) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi.Mündəricat
1 Film haqqında
2 Mükafatlar
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Film haqqında
Film Beynəlxalq Kann Kinofestivalında nümayiş etdirilmişdir.
Film Sarat Çandra Çattopadhyenin 1917-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir.
Romanın ilk ekran həlli 1928-ci ildə kinonun səssiz dövründə olub. Amma 1936-cı il versiyası daha məşhur olur. Film çox böyük rəğbətlə qarşılanır.
1955-ci ildə Bimal Roy yenidən “üç ürəyin faciəsini” ekrana gətirir. Devdas roluna aktyor Dilip Kumar dəvət olunur. Qərbdə faciə hekayəti kimi Romeo və Cülyetta mövzusu necə şöhrət tapmışdısa, Hindistanda da Devdas elə maraq yaradır.

Mükafatlar
2003 – Zee Cine Awards
2003 – Screen Weekly Awards
2003 – National Film Awards, India
2003 – NatFilm Festival
2003 – MTV Asia Awards
2003 – Filmfare Awards
2003 – BAFTA Awards (nominasiya)
2003 – Awards of the International Indian Film Academy
2003 – British Academy (nominasiya)

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Sancay Lila Bhansali
Rejissor : Sancay Lila Bhansali
Operator : Vinod Pradhan
Prodüser : Bharat Şah
Bəstəkarlar : İsmayıl Dərbər, Monti Şarma

Rollarda
Şahrux Xan – Devdas Mukherci
Madhuri Dikşit – Çandramuki
Ayşvariya Ray – Paro / Parvati
Ceki Şrof – Çunilal
Kiron Kher – Sumitra
Smita Caykar – Kauşalya
Tiku Talsaniya – Dharamdas
Vicayendra Qhatqe – Bhuvan Çoudri
Milind Qunaci – Kalibabu
Vicay Krişna – Naraian Muherci
Moksit – kiçik Devdas
Bansari Madhani – kiçik Paro


Tarix: 22.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Filimler