Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

300 (film, 2007)

300 — rejissor Zak Snayderin çəkdiyi və 2007-ci ildə ekranlara çıxan tarixi film.

Film Frenk Miller və Lin Varlinin eyniadlı komiksinin ekranizasiyasıdır. Filmdə Kral Leonidin başçılığı altında 300 spartalının çoxsaylı fars qoşunuyla baş verən Fermopil tarixi döyüşü əks olunur.

Rollarda
Cerard Batler — kral Leonid
Lena Hedi — kraliça Qorqo (Leonidin xanımı)
Rodriqo Santoro — şah Kserks (fars hökmdarı)
Tayler Neytzel — gənc Leonid
Endryu Tirnan — Efialt (spartalı, sürgünə məruz qalan qozbel)

Maraqlı faktlar
Film 65 milyon dollara başa gəlmişdir.
Filmdə farsların olduqca qəddar, çirkin və qorxaq kimi təsvir edilməsi filmin İranda nümayişinin qadağan olunmasına səbəb olmuşdur.
Filmdə Kserks Leonidə nisbətən olduqca nəhəng görünməsinə baxmayaraq həmin rolu ifa edən Rodriqo Santoro Cerard Batlerdən cəmi 1 santimetr hündürdür.


Tarix: 21.02.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Filimler
loading...