Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Binqo Bonqo (film, 1982)

"Binqo Bonqo" (it. Bingo Bongo) — rejissor Paskuale Festa Kampanilenin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Tədqiqatçılar vəhşi Afrika cəngəlliklərindən meymun tərbiyəli və istənilən başqa heyvanla danışan insan tapırlar. Onu Binqo Bonqo adlandırıb İtaliyaya gətirirlər. Burada onun təlimi ilə gənc bioloq Laura məşğul olur. Laura Binqo Bonqonun etibar elədiyi yeganə insandır. Qızı bu işdən kənarlaşdırandan sonra Binqo qaçır və dərk edə bilmədiyi şəhərdə ardıcıl bir neçə komik hadisələrlə qarşı-qarşıya qalır.

Binqo Lauranı sevir və ümid edir ki, sevgisi qarşılıqlıdır. Lakin qız onu yaşı çox olan uşaq hesab edir. Binqo Bonqo və onun dostu – şimpanze bu şəhərdən Afrikaya qaçmağa cəhd edirlər. Onlar hava şarında, sonra da vannada yola çıxsalar da, bu səfərdən heç nə çıxmır.

Onda Binqo Bonqo elmi mərkəzə böyük bir heyvan dəstəsilə gəlir və insanlarla heyvanlar arasında anlaşmaq üçün öz xidmətini təklif edir. Heyvanlar Bonqo vasitəsilə insanlara qazıntıda kömək edir, zəlzələni əvvəlcədən xəbər verir.

Binqo Lauranın hörmətini qazanaraq onunla evlənir. Onlar təbiətlə harmoniya şəraitində yaşayırlar. Filmin sonunda Binqonun sayəsində hətta Kinq-Konq da sakitləşdirilir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Franko Ferrini, Franko Marotta, Enriko Oldoini
Rejissor : Paskuale Festa Kampanile
Operator : Alfio Kontini
Bəstəkar : Pinuçço Pyerassoli
Prodüserlər : Mario Çekki Qori, Vittorio Çekki Qori

Rollarda
Adriano Çelentano – Binqo Bonqo
Karol Buke – Laura
Feliçe Andreazi
Enso Robutti
Valter D'Amore
Roberto Marelli
Alfio Patane
Elizabet Kobben
Maurisio Tabani
Mario Barilla
Qvido Spadea
Andrea Montuşi
Sol Borceze
Raffaele Di Sipio


Tarix: 21.02.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Filimler
loading...