beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alisa möcüzələr ölkəsində (film, 1915)

Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır.[1] Film səssiz çəkilmişdir.[2]Mündəricat
1 Məzmun
2 Rollarda
3 Ədəbiyyat
4 İstinadlar
5 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar. Bunun ardınca bağlı qapılı otaqlarda Alisa Ağ Dovşanı yenidən izləməyə başlayır. Otaqda Alisa kiçilməyə başlayır. Sonradan normal boyuna qayıtdıqdan sonra Kraliça ilə qarşılaşır. Onun uşağı isə donuza dönür. Alisa yoluna davam edən zaman Çeşir pişiyi, sonra Ürəklər Kraliçası ilə rastlaşır. Bağda olan zaman qəribə kroket oyunu oynayır. Ardınca Alisa Dəniz Tısbağanı görür. Piroqların oğurlanması səbəbindən Alisa və digər heyvanlar məhkəməyə gəlirlər. Alisa şahid kimi çağırılan zaman Ürəklər Kralı və Ürəklər Kraliçasına qarşı çıxır. Bu zaman Alisa ayılır və bunun bir yuxu olduğunu başa düşür.

RollardaAktyorRol
Viola SavoyAlisa
Herbert RaysAğ Dovşan


Ədəbiyyat
Lewis Carroll, Tan Lin: Alice’s Adventures in Wonderland and Through the Looking-Glass. Barnes & Noble Classics, New York 2004, ISBN 1-59308-015-8, S. 275.


Tarix: 21.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 360 Bölmə: Filimler