beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Berni (film, 1996)

Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır.

Məzmun

Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.

Rollarda
Klod Peron-Marion
Alber Düpontel-Berni Noel
Roland Blanş-Donald Uillis
Elen Vinsan
Roland Bertin-Ramonda
Pol Le Person


Tarix: 21.02.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Filimler