Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaquar (film, 1996)

"Yaquar" (fr. Le Jaguar) — rejissor Fransis Veberin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Bir gecə dəbdəbəli Paris mehmanxanasının liftinə 3 nəfər eyni vaxtda minmişdilər. Bunlar Amazonkadan səyahətə gəlmiş hindu, onun tərcüməçisi – uşaqlıqdan hinduların arasında böyümüş fransız Kampana və avara, fırıldaqçı olan Fransua Perren idi. Perren çoxdandır ki, oyun borcuna görə quldurlar tərəfindən təqib olunur. Hindu Vanu gözlənilmədən gücünü itirir, onu xəstəxanada xüsusi reanimasiya otağına gətirirlər. Hindu imkan tapıb öz tərcüməçisinə onun ruhunu kimsə oğurladığını deyir. Vanunun ruhunu qaytarmaq üçün xüsusi bir qəhrəman lazımdır ki, səfərə yollansın. Qəribə olsa da, Vanu bu səfərə Perreni seçir. Perren əvvəl bu işə razılıq vermək istəmir. Amma borcu olan quldurlardan qaçmaq üçün o, Kampana ilə Amazonka meşəliyinə Vanunun ruhunu tapmağa səyahətə çıxır.

Bu səfər vaxtı onunla o qədər qeyri-adi hadisələr baş verir ki, bütün keçmişi ona dəyərsiz görünür.

Film haqqında
Fransua Perren və Kampana – Fransa kinosunun klassik komediya obrazlarıdır. Bir çox filmlərdə bu rolları Pyer Rişar və Jerar Depardye ifa ediblər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Fransis Veber
Rejissor : Fransis Veber
Operator : Luçano Tovoli
Bəstəkar : Vladimir Kosma

Rollarda
Jan Reno – Jan Kampana
Patrik Brüel – Fransua Perren
Harrison Loui – Vanu
Patrisiya Velaskes – Maya
Denni Treho – Kumare
Rolan Blanş
Fransua Perro
Fransis Lemer – Stivens
Aleksandra Vandernot – Anna


Tarix: 21.02.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Filimler
loading...