beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm və qız (film, 1994)

"Ölüm və qız" (ing. Death And The Maiden) — rejissor Roman Polanskinin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə


Məzmun

Paulina Eskobar evdar qadındır və əri ilə Cənubi Amerika ölkələrinin birində yaşayır. Onun əri Herardo Eskobar tanınmış vəkil, siyasətçi və insan hüquqları üzrə komitənin sədridir. Bir dəfə gecə qasırğası zamanı Herardo avtomobil qəzasına düşür. Onu evə qonşusu Roberto Miranda gətirir.

Paulina bu qonşu-cinayətkarı tanıyır. O, faşist rejimi vaxtı Paulinaya gənc müxalifətçi qız olarkən işgəncə vermiş, onu döymüş və zorlamışdı. Artıq həmin rejimin devrilməyindən 5 il keçib. Baş vermiş hadisələr isə daha əvvəl olub. Lakin Paulina heç nəyi unutmayıb və ona verilmiş əzabların əvəzində intiqam almaq istəyir.

Roberto Mirandanın avtomobilini qaçırıb qayalıqdan aşağı atan Paulina evə qayıdır. O, artıq uzanıb yatmış Mirandaya tapança ilə zərbə endirib onu huşsuz vəziyyətə gətirir. Sonra əl-qolunu bağlayıb həmin hadisəni boynuna almağı tələb edir. Herardo Eskobar Mirandanı azad etməyə cəhd etsə də, Paulina bunun qarşısını alır.

Paulina Roberto Mirandanı sorğu-sual edir. Özününsə hər şey yadındadır. Ona təcavüz olunan vaxt klassik musiqi ifa olunurdu. O, təcavüzkarın üzünü görə bilməmişdi. Çünki gözlərini bağlamışdılar. Lakin Paulina öz zülmkarının səsini, bütün sözlərini, hətta iyini də xatırlayır. Bunlar hamısı Roberto Mirandaya çox bənzəyir. Lakin o, hər şeyi inkar edir və həmin vaxt İspaniya klinikasında işlədiyini deyir. Paulina inanmır və olanları etiraf etməsə, onu öldürəcəyi ilə hədələyir. Herardo Eskobar Mirandaya təklif edir ki, Paulinanın ondan əl çəkməsi üçün videokamera qarşısında yalançı etiraf eləsin. Buna baxmayaraq, Paulina bu yalanın da üstünü açır. Nəhayət, Paulina Mirandanı qayalıqdan itələməyə çox yaxın olduqda o, hər şeyi boynuna alır.

Filmin əvvəli və sonu eynidir: Paulina və Herardo konsert zalında əyləşib diqqətlə Şubertin "Ölüm və qız" klassik kvartetinə qulaq asırlar.

Film haqqında
Film Ariel Dorfmanın pyesi əsasında çəkilmişdir.
Filmdə Frans Şubertin "Ölüm və qız" əsəri səslənir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Ariel Dorfman
Ssenari müəllifləri : Rafael İqlesias, Ariel Dorfman
Rejissor : Roman Polanski
Operator : Tonino Delli Kolli
Bəstəkar : Voysex Kilar
Prodüserlər : Tom Maunt, Coş Kreymer
Musiqisindən istifadə edilmiş bəstəkar : Frans Şubert

Rollarda
Siqurni Uiver – Paulina Eskobar
Ben Kinqsli – Roberto Miranda
Stüart Uilson – Herardo Eskobar
Kristia Mova – Mirandanın arvadı
Conatan Veqa – Mirandanın oğlu
Rodolfe Veqa – Mirandanın oğlu
Cilberto Kortes – simli kvartet ifaçısı
Xorxe Kruz – simli kvartet ifaçısı
Karlos Moreno – simli kvartet ifaçısı
Eduardo Valensuela – simli kvartet ifaçısı
Serxio Orteqa Alvarado – simli kvartetin impresariosu


Tarix: 20.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 316 Bölmə: Filimler