beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tiffanidə səhər yeməyi (film, 1961)

"Tiffanidə səhər yeməyi" (ing. Breakfast at Tiffany's) — rejissor Bleyk Edvardsın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq.

Film haqqında
Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir. Odri Hepbernin filmdə "Moon River" mahnısını ifa etməsi bəstəkar Henri Mançiniyə və sözlərin müəllifi Conni Merserə 1962-ci ildə "Oskar" qazandırır.
Filmdə Hollinin adsız pişiyi rolunda Oranci adlı kürən pişiyi çəkmişdilər. Bu pişik "Tiffanidə səhər yeməyi" filmindən başqa 6 filmdə də çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Trumen Kapote (roman)
Ssenari müəllifi : Corc Akselrod
Rejissor : Bleyk Edvards
Operator : Frans Planer
Bəstəkar : Henri Mançini
Prodüser : Martin Curou, Riçard Şeperd

Rollarda
Odri Hepbern – Holli Qolaytli
Corc Peppard – Pol Varjak
Patrisiya Nil – xanım Felenson
Mikki Runi – cənab Yuniosi
Alan Rid – Salli Pomidor
Baddi Ebsen – Dok
Martin Balsam – O.D. Berman
Xose Lui de Vilyalonqa – Joze da Silva Pereyra
Stenli Adams – Rasti Trouler
Con MakQayver – "Tiffany & Co."da satıcı


Tarix: 19.02.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Filimler