beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük şəhərdə seks (film, 2008)

"Böyük şəhərdə seks" (ing. Sex and the City) — 2008 – ci il, ABŞ istehsalı olan HBO telekanalında yayımlanan eyni adlı serialın (serial Kendeys Buşnellin eyniadlı romanının motivləri əsasında çəkilib) film adaptasiyası olan romantik komediya filmi. Film dörd rəfiqə – Kerri Bredşou (Sara Cesika Parker), Samanta Cons (Kim Ketrall), Şarlotta York Qoldenblatt (Kristin Devis) və Miranda Hobbsun (Sintia Nikson) həyatından, Nyu-York şəhərində onların başına gələn əhvalatlardan bəhs edir. Filmdə tez-tez insanlar arasında qarşılıqlı münasibətlər, romantika və cinsəllik açıq şəkildə müzakirə edilir.

Filmin dünya premyerası 28 may, 2008 – ci ildə Londonda, Leyster Meydanında keçirilmiş, ABŞ-da isə 30 may, 2008 – ci ildə təqdim edilmişdir. Filmin davamı olan Böyük şəhərə seks 2 filmi isə 2010 – cu ildə satışa çıxarılmışdır.Mündəricat
1 Məzmunu
2 Rollarda
2.1 Əsas obrazlar
2.2 Köməkçi obrazlar
3 İstehsal
3.1 İnkişaf
3.2 Çəkiliş
3.3 Kostyumlar
4 Musiqi
4.1 Film musiqisi
4.2 Orkestral versiya
5 Premyerası
6 Təqdimat
6.1 Gəlir
6.2 Tənqidçilərin mövqeyi
7 Home video
8 Davamı
9 Mükafat və nominasiyalar
10 İstinadlar
11 Xarici keçidlər


Məzmunu

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Film dörd gənc qadının həyatından, böyük şəhərdə – Nyu-Yorkda başlarına gələn hadisələrdən bəhs edir. Həmin dörd qadından ikisi Şarlotta və Miranda ailəlidir. Kerri isə subay olsa da Con Ceymslə məhəbbət macərası yaşamaqdadır. Dördüncü qadın Samanta isə ciddi münasibətlərə qarşı çıxaraq vaxtını müxtəlif gənc oğlanlarla birgə, əylənərək keçirir. Filmdə hadisələr Con və Kerrinin birgə yaşamaq üçün ev axtarlamaları ilə başlayır və onlar şəhərin mərkəzində çox baha qiymətə ev tuturlar. Con isə Kerriyə evdə onun üçün böyük qardirob hazırlatmağa söz verir. Çünki rəfiqələr dördü də yaşıdları olan digər qadınlardan dəbə olan böyük maraqları ilə seçilirlər. Rəfiqələr şəhərdə keçirilən zinət əşyaları sərgisində iştirak edirlər və Samanta bu sərgidə böyük brilyant üzük bəyənərək onu almağı qət edir. Lakin keçirilən satışda kimsə daha çox pul təklif edərək Samantanın bəyəndiyi üzüyü əldə edir. Tezliklə Kerri və Con münasibətlərini rəsmiləşdirmək və toy etmək qərarına gəlirlər. Toy qabağı isə Kerriyə "Vogue" jurnalı üçün gəlinlik paltarında fotosessiya etməyi təklif edirlər. Fotosessiyda iştirak edən şirkətlərdən biri isə paltarını toy üçün Kerriyə hədiyyə edir.

Digər tərəfdə Mirandanın öz həyat yoldaşı Stiv Bredi ilə müəyyən problemlər yaşamaları və cinsəl həyatlarının qaydasında olmaması, bunun isə bütün həyatlarına pis təsir etməsi bəlli olur. Miranda bunu rəfiqələri ilə müzakirə edir və həyatlarında anormallıq olduğunu qət edir. Evə dönən Kerri isə sürprizlə üzləşir və Conun onunçün romantik şam yeməyi hazırladığını görür. Sabahısı gün isə artıq uzun müddət Samantanın bir yerdə yaşadığı gənc və yaraşıqlı aktyor Smit ona sürpriz edir. Məlum olur ki, Samantanın sərgidə bəyəndiyi üzüyü onun sevgilisinin sifarişi ilə tanışı olan bir xanım alıbmş və Smit üzüyü Samantaya hədiyyə edir. Bu arada Con Kerriyə söz verdiyi böyük qardirobu hazırladır. Rəfiqələri Kerriyə köhnə evindən paltaları seçərək yeni evdəki qardiroba daşımağa kömək edirlər.

Bayram ərəfəsində Şarlottanın yenidən hamilə olması məlum olur və bu həmin ailənin xoşbəxtliyini artırır. Rəfiqələr isə Nyu-Yorkda keçirilən ənənəvi dəb həftəsinə qatılırlar və bu onların əhval ruhiyyəsinin əvvəlki kimi yüksəlməsini stimullaşdırır. Lakin şam yeməti zamanı Mirandanın Kerrinin toy mərasiminin pozulmasına özünün səbə olmasını etiraf etməsi rəfiqələrin münasibətlərinin pozulmasına səbəb olur.

Samanta isə sevgilisinə sürpriz etmək üçün suşi hazırlayaraq onu çılpaq bədəninə düür və sevgilisinin evə gəlməsini gözləyir. Lakin oğlan zəng edərək gec gələcəyini bildirir. Artıq bu vəziyyətin adət halı alması və Samantaya qarşı diqqətsizlik isə cütlüyün münasibətlərinin pozulmasına səbəb olur. Eyni dövrdə Miranda Stiv ilə birgə ailə psixoloqunun yanına müraciət edirlər. Bu faydalı olur və onların münasibətlərinin normallaşmasına gətirib çıxarır. Kerrinin kömkçisi Luisa isə evlərinə dönür və köhnə sevgilisi ilə münasiətlərini bərpa edir. Miranda isə qız dünyaya gətirir. Bu arada Kerri Conun göndərdiyi və Luisanın silmədən elektron poçt ünvanında saxladığı məktubları oxuyur, onların münasibətləri bərpa olunur.

Rollarda

Əsas obrazlar
Sara Cesika Parker – Kerri Bredşou
Kim Ketrall – Samanta Cons
Kristin Devis – Şarlotta York Qoldenblatt
Sintia Nikson – Miranda Hobbs
Kris Nots – Con Ceyms "Mr. Big" Preston
Ceniffer Hadson – Luisa, Kerrinin köməkçisi
Devid Eygenberq – Stiv Bredi
Ceyson Lyuis – Smit Cerrod

Köməkçi obrazlar
Evan Handler – Harri Qoldenblatt
Uili Qarson – Stanford Blaç
Mario Kanton – Entoni Marantino
Linn Koen – Maqda
Kendis Bergen – Enid Frik
Anre Leon Talli – Vogue jurnalının idarəçisi
Cozef Pupo – Breddi Hobbs (Miranda və Stivin oğlu)
Gils Marini – Dante
Monika Meyhem – Dantenin birinci sevgilisi
Culi Halston – Bitsi von Mafflinq

İstehsal

İnkişaf

2004 – cü iin fevralında Böyük şəhərdə seks serialnın çəkilişlərinin tamamlanmasından sonra artıq fikirlər var idi ki, çəkiləcək film serialın motivləri əsasında olacaq. HBO elan etmişdi ki, Maykl Patrik Kinq özünün rejissorluğunu edəcəyi filmin ssenarisi üzərində işləyir.[1] Bir il sonra Kim Ketrall filmin ssenarisinin hazırlanmasının və çəkilişlərin başlamasıın gecikməsi səbəbiylə layihədə itirakdan imtina edərək, digər təklifləri dəyərləndirəcəyini açıqlamışdır.[2] Nəticədə filmin ərsəyə gətirilməsi şləri sürətləndirilmiş və bütün yaradıcı heyət tezliklə çəkilişlərin başlaması üçün çalışmışdır.

2007-ci ilin ortalarında, yenidən filmin çəkilişlərinin başaması haqqında xəbər verilmişdi. Ketrallın xəbərdarlığından sonra, heyət serialın motivlərinə üstünlük vermişdi.[3] Lakin 2007 – ci ilin mayında HBO – nun filmi maliyyələşdirmək üçün kifayət qəər imkanı olmaması səbəniylə çəkilişlər dayandırılmışdı. Bu hadisə "Time Warner family"nin (HBO-nun sahibi) nüfuzunu aşağı salmış və filmin "New Line Cinema" ilə birgə istehsal edilməsi qərara alınmışdır.

2007 – ci ilin fevralında filmin srialda baş rol oynayan hər dörd aktrisanın iştirakı ilə Maykl Patrik Kinqin rejissorluğu altında çəkiləcəyi rəsmən elan edilmişdir. [4]

Çəkiliş

Filmin böyük bir hissəsi 2007 – ci ilin sentyabr – dekabr aylarında Nyu-Yorkda çəkilmişdir.[5][6] Çəkiliş məkanlarına eyni zamanda Manhetten ətrafında bəzi ərzilər, "Steiner Studios" və "Silvercup Studios"un çəkiliş məkanları da daxil idi.[7] Çəkiliş prosesləri tez-tez paparazilərin, təhlükəsizlik qüvvələri və ərazidə vəzifəli olan polislərin gözündən yayına bilən izləyicilərin müdaxiləsi ilə yarımçıq dayandırılırdı. Filmin üzərində işləyən işçi qrup mümkün qədər filmin məzmununu gizli saxlamağa çalışır, buna görə də çəkiliş proseslərinin məxfiliyini təmin etməyə cəhd edirdilər. [8]

Kostyumlar

Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir.[9] Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur.[10] Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur.[11] Fild məhz 1998 – 2004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.

Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir.[12] Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur.[13] Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur.[11] Fild məhz 1998 – 2004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.

Obrazlar üçün kostyumların seçilməsi zamanı Fild illər ərzində onlar üçün formalaşdırdığı geyim xüsusiyyətlərini bir kənara qoyaraq, hər obrazın individual xarakterini yenidən işləmək qərarı vermişdir.[11] Samantanın kostyumlarının hazırlanmasında Amerika TV operası "Dynasty"dən, Şarlottanın kostyumlarının hazırlanmasında isə Jaklin Kennedidən ilham alınmışdır. Fildə görə, dəb baxımından Miranda obrazı serialla müqayisədə xeyli inkişaf etdirilmişdir. Bu həmin rolu canlandıran aktrisa Sintia Niksonun şəxsi təşəbbüslərinin nəticəsi olmuşdur.[11][14]
İkonik və cazibədar gəlinlik donu Vivian Vestvud tərəfindən hazırlanmışdır.[15]
Kerri ətrafındakı mini ətəkli qızların təsiri il, filmdə artıq bir neçə səhnədə mini ətəkdə görünməkdədir.
Kerrinin köməkçisi, Luisa, "Bag Borrow" və "Steal"-dən olan əl çantalarını kirayəyə götürür.
Filmdəki Vivian Vestvud şlyapaları əslində Prudens millineri tərəfindən hazırlanmışdır.
Filmdə H. Sternin kolleksiyasından 300-dən artıq zinət əşyasından istifadə edilmişdir.
Kostyumlardan bəziləri yüksək keyfiyyətli dizayner Gilles Montezinin kolleksiyalarından seçilmişdir.[16]

Musiqi"Sex and the City: The Movie"

albomun üz qabığı
Albom haqqında
Albom ili2008
Çıxış tarixi26 may
TərzPop, rok, R&B, soul
Vaxt58:06
Ölkə ABŞ
FirmaNew Line Records
ProdüserSalaam Remi
SinqllarLabels or Love
All Dressed in Love
Albom xronologiyası
Irma at Sex and the City – Part 2 – Nightlife Session
2004"Sex and the City: The Movie"
(2008)Sex and the City, Vol. 2: More Music
2008


Əsas məqalə: Sex and the City: Original Motion Picture Soundtrack



Film musiqisi

Filmin musiqiləri 27 may, 2008 – ci il tarixində New Line Records tərəfindən albom kimi satışa çıxarılmışdır. Film musiqiləri arasında Förci və Cennifer Hadsonun (eyni zamanda filmdə Kerrinin köməkçisi rolunu canlandırır) yeni mahnıları da olmuşdur.

Albom "Billboard"da ikinci yerdə debüt etmişdir və bu 2005 – ci ildə "Zəngin ol və ya öl" filminin musiqi albomunun göstərdiyi nəticədən sonra ən yüksək nəticə idi.[17] Albom eyni zamanda "UK Albums Chart"da altncı yerdə debüt edərək, 55.000 – dən artıq nüsxə ilə satılmışdır.

Filmin ikinci musiqi albomu – Sex and the City: Volume 2, 23 sentyabr 2008 – ci ildə, filmin DVD versiyası ilə eyni vaxtda satışa çıxarılmışdır. Alboma Britaniya müğənniləri Estelle, Kreiq Devid, Mutya Buena və Emi Vaynhauzun filmdə istifadə edilmiş mahnıları daxil edilmişdir. Eyni zamanda Cenet Cekson, Siara və Eliya Kellinin mahnılarına da albomda yer verilmişdir.

Orkestral versiya

2008 – ci ilin dekabr ayında filmin musiqilərinin orkestral versiyalarından ibarət albom işıq üzü görmüşdür. "Sex And The City – The Score" adlanan həmin alboma on səkkiz parça daxil edilmişdir ki, onların da original musiqi tərtibatı saxlanılmaqla orkstral versiyası Aaron Ziqman tərəfindən işlənmişdir. Lakin musiqilərin orkestral versiyası işlənərkən onlar ilkin səslənmələrini o qədər itirdilər ki, ilkin dinləmə zamanı onların hansı mahnı olmasını müəyyənləşdirmək çətinlik törədə bilərdi. Məh bu səbəbdən də musiqilərin orkestral versiyasına, arada musiqilərin filmdə istifadə olunmuş orijinal səslənməsindən qısa parçalar daxil edilmişdi.

Premyerası

Filmin dünya premyerası bazar ertəsi, 12 may 2008 – ci ildə Londonun Leyster meydanında 1700 iştirakçının qatılımı ilə həyata keçirilmişdir.[18] Növbəti təqdimat mərasimi isə 15 may tarixində Berlin şəhərində, Potsdamer Platzdakı Sony mərkəzində həyata keçirilmişdir.[19] Filmin Nyu-York premyerası isə 27 may, 2008 – ci il tarixində "Radio City Music Hall"da həyata keçirilmişdir.[20]

Təqdimat

Gəlir

Film böyük maddi uğur əldə etmişdir. İlk baxış günü təkcə ABŞ və Kanadadan 3.285 kinoteatrdan $26.93 milyon gəlir gətirmişdir. İlk üç gündə isə yalnız həmin iki ölkədən əldə edilmiş gəlir $57,038,404 olmuşdur.[21] Film komediya, romantik komediya və qadın filmləri arasında ilk gündə gəlirin miqdarına görə rekorda imza atmışdır.[22][23] 2010 – cu ilin mart ayının nəticələrinə görə filmin ABŞ və Kanadada satışdan əldə ediyi gəlir $152,647,258, digər gəlirləri $262,605,528, ümumi dünya gəliri isə $415,252,786 olmaqla 2008 – ci ilin ən gəlirli komediya filmi olmuşdur.[21]

Tənqidçilərin mövqeyi

Film tənqidçilər tərəfindən müxtəlif rəylər almışdır. Film aqqreqatoru "Rotten Tomatoes" xəbər verir ki, tənqidçilərin 49% – i filmə müsbət rəy versələr də, qalan hissəsi " "Böyük şəhərdə seks"in böyük ekrana gətirilməsi ilə nüfuzunu itirdiyini" söyləsələr də, film fanatları xeyli həyəcanlandırmış və böyük süvgi qazanmışdır.[24] "Metacritic" filmə 38 fikrə əsasən 100 % – lıq nəticədən 53% – lıq uğur kimi qiymət vermişlər. [25]

"Variety"-dən Brayn Louri "... önəmsizlik və istəksizlik hiss edilir" deyir və eyni zamanda "Los Angeles Times" dan Karina Kokano bildirir ki, "film qarşısına qoyduğu əsas məqsədə çatmışdır." O, Maykl Patrik Kinqin işini tərifləyərək, çox az film haqqında dediyi "Şekspirin əsərləri kimi qaranlığa doğru irəliləyən" əsər yaradıldığını bildirmişdir.[26] "New York Daily News" dan Kolin Bertram qeyd edir ki, film "böyük toplanışdı" və və şaddır ki, "Aman tanrım, onlar bunu edə bilməzlər! Çılpaq, geyimli, insanı ürəkdən sevən onlar." sözlərini yenidən eşidə bilir.[27] "The Chicago Tribune" dan Cesika Rives qeyd edir ki, "ağıllı, qaynayan, qaçırılmaz və düşündürücü" filmdir.[28] "The Hollywood Reporter" dan Maykl Reşthaffen baş rolların ifaçısı olan dörd xanımın əməyini tərifləyərək deyir ki, "film serialın özünəmxsus xüsusiyyətlərini saxlamışdır, lakin, bir qədər uzun müddətli seriyanı xatırladır."[29]

"The New York Times" dan Manola Dargis filmin "vulqar, hay-küylü və mənasız şeylərlə doldurulmuş 2 saat 22 dəqiqə, çox uzun şou" olduğunu bildirir.[30] "The Daily Telegraph" dan Sandu Sukdev deyir ki, "dəyişməz, eyni tipli xanımlardı, Spice Girls stilli tiplər – qarışıq fikirli, əsəbi, yırtıcı şahzadə xanımlar – onlar hansısa individual xüsusiyyətləri ilə nəsə öyrədə və təəccübləndirə bilmirlər." [31] "The Globe and Mail" dən Rik Qroen vurğulayır ki, filmdə hansısa çatışmazlıqlar var və əlavə edir ki, obrazlar "çox da yaxşı performans sərgiləmirlər, rollar yarım-animasiyalı paltarlar və film oyunları ilə bəzədilmişdir." O, filmə dörd ulduz üzərindən sıfır ulduz vermişdir.[32] "The New Yorker" dən 1993 – cü ildən film tənqidçisi olan Entoni Leyn filmi "modern həyata poz verən keçmişin bir parçası" adlandırır və qeyd edir ki, "təxminən altmış il əvvəl çəkilmiş və baş rollarını eyniylə dörd qadının canlandırdığı İv haqqında hər şey filmindən fərqli olaraq, bu filmdə Kerrinin gürünüşündə dərin kədər hiss olunur, onun rəfiqələri də Bett Devis, Anna Bakster, Silista Holm və Telma Ritter kimi uğurlu deyillər – istedadları, şlyapaları, fiksasiyaları onlardan əksik olmasa da – lakin sadəcə olaraq öz xüsusi istedadları ilə kişiləri tələyə salır və yanlarında saxlayırlar....Filmin aşağısında yalnız bir subtitr əksikdi: "Yalançı, Fahişə və Qardirob".[33]

"Newsweek" dən Ramin Setudi qeyd edir ki, film haqqında olan tənqidlərin bəziləri cinsəllikdən qaynaqlanmışdır: "sən eşidəndə ki, kişi bu haqqda danışır, qəribə görsənir. Danışıq getdikcə pisləşir. Qəzəbli. Kinli. Sinirli...Məgər bu həmin kasıb dürüst adamdı? Mən kömək edə bilmirəm, lakin bu əladır – necə ki, Kerri Bredşou səsləndirir – məgər bu "Böyük şəhərdə cinsəllik" deyilmi. Kişilər film hələ başlamamışdan əvvəl ona nifrət etdiklərinə qərar verirlər...Böyük əksəriyyətini kişilər təşkil edən film tənqidçiləri film haqqında elə çirkin sözlər işlədirlər ki, onları dinlədikdə keçmiş qız dostları haqqında danışdıqlarını zənn edirsən...Film Citizen Kane olmaya bilər, lakin inanılmaz şirin və təsirlidir."[34]

Film "The Times"[35], "Mark Kermode", "The New York Observer"[36] , "The Tart"[37] və "The Daily Telegraph"[38] tərəfindən 2008 – ci ilin ən pis filmləri sırasına daxil edilmişdir.

Home video

"Sex and the City: The Movie" New Line Home Entertainment tərəfindən DVD və Blu-ray formatlarda 23 sentyabr, 2008 – ci ildə satışa çıxarılmışdır.[39] ABŞ – da film iki versiyada satışa çıxarılmışdır. Onlar standart və tam ekran görüntülü kinoteatr versiyası idi . Film təqdimatında təqdim edilənlər xaric, hər iki disk eyni keyfiyyətdədir. Diskə həmçinin audio şərh, kəsilmiş səhnələr və elektron nüsxə də daxildir.

Eyni zamanda film iki disklik standart nüsxədə, xüsusi şərhlərlə altı dəqiqəlik fotosessiyanın əlavə edildiyi xüsusi nüsxədə satışa çıxarılmışdır. Filmin Blu-Ray formatında DVD formatda olan bəzi uzun hissələr qısaldılmışdır.

9 dekabr, 2008 – ci ildə New Line Home Entertainment filmin üçüncü nüsxəsini satışa çıxarmışdır. Dörd diskdən ibarət bu kolleksiya "Sex and the City: The Movie (The Wedding Collection)" adlandırılmışdır. Dörd diskdən ikisi qısaldılmış və tam versiyada filmlər, üçüncüsü filmin xüsusi əlavələrlə olan versiyası, dördüncü disk isə CD olmaqla filmdə istifadə edilmiş musiqilər, xüsusilə filmin başlanğıcında ifa edilən Förcinin "Labels or Love" mahnısının alternative mix versiyası daxil edilmişdir. Kolleksiyaya eyni zamanada filmdən şəkillər və sitatlardan təşkil edilmiş kitab da daxil edilmişdir.

Filmin dördüncü nüsxəsi Avstraliyada satışa çxarılmışdır. Dəstə iki disk – "Sex and the City: The Movie Special Edition" və bonus olaraq "Sex and the City Inspired" çantası daxildir. Çanta qara rəngdə olu üstü kirəmit və ya ilan naxışlıdır.

Filmin DVD formatı UK DVD Top Chartda birinci yerə yüksəlməklə yanaşı, 2008 – ci ildə Birləşmiş Krallıqda ən sürətlə satılan disk olmaqla, bir həftədə 920.000 nüsxəylə satılmışdır. Filmin DVD format 2008 – ci ildə Birləşmiş Krallıqda best seller DVD olmuşdur. Filmin rekordu isə "Mamma Mia!" filmi tərəfindən qırılmışdır.

Davamı
Əsas məqalə: Böyük şəhərdə seks 2 (film, 2010)

Bir müddət sonra, 2009 – cu ilin fevral ayında filmin davamı olan "Böyük şəhərdə seks 2" filminin üzərində çalışmalar başlamışdır. Çəkilişlər 2009 – cu ilin avqust ayında başlamış, 27 may, 2010 – cu ildə film ictimayətə təqdim edilmişdir.[40] 2009 – cu ilin fevral ayında Female First veb saytının yaydığı informasiyada bildirilirdi ki, stilist Patrisia Fild serial və birinci filmdə olduğu kimi, bu filmdə də yaradıcı heyətlə birgə işləməkdən imtina edib, lakin filmin Nyu-Yorkda aparılan çəkilişlərindən yayılan fotoşəkillərdə Fildin yaradıcı heyətlə birgə olması görünürdü.[41][42] Müxtəlif qaynaqların yaydığı informasiyalarda deyilirdi ki, ola bilsin ki, Cennifer Hadson ikinci filmdə də, birinci filmdəki rolunu – Kerrinin köməkçisi Luisa rolunu canlandırsın. [43]

Filmin çəkilişləri rəsmi olaraq 2009 – cu il sentyabr ayının birində başlamış, 2009 – cu ilin sonuna kimi davam etmişdir.[44] İkinci filmdə Oskar mükafatlı aktrisa Penelopa Kruz bankir qadın rolunu canlandırmışdır.[45] Korifey sənətkar Liza Minelli isə filmdə öz rolunu canlandırmış, eyni zamanda əfsanəvi aktrisa Barbara Streyzandın da filmdə rol alacağıyla bağlı fikirlər söylənmişdir.

Kristen Devis müsahibəsində ikinci filmin birinci filmə nisbətən (birinci film 2.5 saatdır) daha qısa müddətli olacağını bildirmişdi.

Mükafat və nominasiyalar
MTV Film Mükafatı
2008:Ən yaxşı yay filmi (nominant)
"Teen Choice" Mükafatı
2008: Ən yaxşı aktrisa (Sara Cesika Parker aktrisa)
2008: Seçilmiş film: Çik Flik (nominant)
Satellite Mükafatı
2008: Ən yaxşı kostyum dizaynı (Patrisiya Fild nominant)
"People's Choice" Mükafatı
2008: Film musiqiləri arasında ən yaxşı musiqi (Förci – "Labels or Love" nominant)
Milli Film Mükafatı
2008: Ən yaxşı komediya (nominant)
2008: Ən yaxşı qadın performansı (Sara Cesika Parker nominant)
"Golden Trailer" Mükafatı
2008: Ən yaxşı yay filmi afişası (nominant)
Kostyum dizaynerlərinin "Guild" Mükafatı
2009: Film üçün kostyum dizaynında üstünlük – müasir (Patrisiya Fild nominant)


Tarix: 19.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1615 Bölmə: Filimler