beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzəli sima (film, 1957)

"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

“Quality” qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir. Lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir. Kampaniya Parisə yollanır. Amma onlar orada işləməyin necə çətin olduğunu yaddan çıxarırlar. Axı ora sevgililər şəhəridir...

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Leonard Qerş
Rejissor : Stenli Donen
Operator : Rey Cun
Bəstəkarlar : Adolf Doyç, Corc Qerşvin
Prodüser : Rocer İdens

Rollarda
Odri Hepbern – Co Stokton
Fred Aster – Dik Eyveri
Key Tompson – Meqqi Preskott
Mişel Okler – professor Floster
Robert Fleminq – Pol Düval
Ruta Li – Letti
Virciniya Gibson – Babs
Dovima – Marion


Tarix: 19.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Filimler