beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pişik insan (film, 1982)

Pişik insan (ing. Cat People) – 1982-ci ildə ABŞ rejissoru Pol Şreder tərəfindən çəkilən, 1942-ci ildə Jak Törner tərəfindən çəkilən "Pişik insan" filminin rimeyki olan fantastik filmdir.Filmdə baş rollarda Nastasya Kinski, Malkolm Makduel və Con Hird çəkilmişlər. Filmin sonundakı ifa edilən mahnı Devid Boui tərəfindən ifa edilmişdir. Filmin büdcəsi 18 milyon, gəliri isə 21 milyon ABŞ dollarıdır.[1][2].Mündəricat
1 Məzmun
2 Rollarda
3 Mükafatlar
4 Saundtrek
4.1 İşləyənlər
5 Ədəbiyyat
6 İstinadlar
7 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Filmin əvvəli cavan qızların leopardlar üçün necə qurban getməsi təsvir olunur. Digər hadisələr isə XX əsrin 80-cı illərində baş verir.

Cavan qız İrena Qallier (Nastasya Kinski) qardaşı ilə görüşmək üçün Yeni Orleana gəlir. Onun qardaşının adı Poldur (Malkolm Makduel). Pol keşişdir.Artıq onlar uzun zaman idi ki, bir-birlərini heyvanlar üzrə məşqçi valideynlərin ölümündən sonra görmürdülər. İrena qardaşı Polun evində qalır. Bu evdə Femila (Rubi Di) adında bir cavan qaradərili köməkçi qız işləyir.

Gecə vaxtı yaxınlaşır. İrenanın qardaşı Pol evdən çıxır və səhər evə qayıtmır. Məhz Polun gecə vaxtı evi tərk etməsi zamanı küçədə qəribə bir hadisə baş verir. Küçədə gəzən əxlaqsız bir qıza Bəbir hücum edir. Polislər leoparda yuxu dərmanı vurduqdan sonra onu tutaraq, heyvanların saxlanıldığı yerə-zooparka aparırlar. Bu zaman İrena küçədə gəzməyə başlayır. İrena küçəni gəzə-gəzə zooparka çatır. Bu zooparkda küçədə qıza hücum edən leopard saxlanılır. Həmin zooparkın rəhbəri Oliver (Con Hird) İreanaya zooparkda iş təklif edir. İrena Oliverin təklif etdiyi işi qəbul edir. Lakin İrena ilə Oliver arasında məhəbbət hissləri yaşanılır.

Filmdən kadr

İrena zooparkda işləyən Elis (Annet O'Tul) adlı bir qızla tanış olur. Elis İrena kimi Oliverə aşiqdir. Zooparkda qəfəsdə saxlanılan leopard gözətçiyə hücum edərək, onu öldürür və qaçır.

Bir müddət keçdikdən sonra Pol evə qayıdır və İrenaya keçmiş valideynləri haqqında danışır. Məlum olur ki, onlar qədim Qulyabanilər ailəsinə mənsubdurlar. Onların nümayəndəsi ilə özgə insan arasında məhəbbət əlaqəsi baş verən zaman onlar leoparda dönürlər. Leopard halından insana dönmək üçün onlar, başqa bir insanı öldürməlidirlər. Bu ailəyə mənsub olan nümayəndələrin hamısı öz ailələrini genişləndirmək məqsədilə bir-biriləri məhəbbət əlaqəsində olmalıdırlar. Bunu Pol İrenaya təklif edir. İrena isə buna rədd cavabı verir. Bu zaman Pol İrenaya hücum edir. Lakin İrena qaça bilir.İrena polislərə xəbər verdikdən sonra onlar Polun evinə gəlirlər. Pol gizlənə bilir.Polislər evdə olan zaman Polu tapa bilmirlər. Onlar zirzəmidə olan zaman yalnız insan sümükləri tapırlar. Onlar fikirləşirlər ki, Pol bu zirzəmidə insanlarla qidalanan leopardları saxlayırdı.

İrena gecəni Oliverin evində keçirir. Səhər tezdən Oliver İrenanı şəhərə yaxın adada dostu yaşayan yerə gətirir. İrena gecə vaxtı Dovşanlar dalınca ov etməyə başlayır.İrenaya elə gəlir ki, artıq ağlı çaşmışdır. Sabahkı gecə Pol Oliverin evinə gizli gələrək, İrenaya həmin ki təklifi edir. Pol İreanaya deyir ki, onların valideynləri bacı-qardaş olmuşlar. Buna baxmayaraq İrena ona yenədə rədd cavabı verir. İrenanın rədd cavabından sonra Pol leoparda dönür. Bu zaman Oliver otağa daxil olur. Leopard Oliverin üzərinə hücum etsə də, Elis leoparda atəş açır.Leopard ölür. Leopardı nəzərədən keçirmək üçün onu müayinə otağına gətirirlər. Lakin leopard müayinə otağında əriyir.

İrena şəhəri tərk edir. Lakin İrena Qatarda yuxu görür.Bu yuxuda qardaşı və çoxlu leopardlar olur. Bu leopardlardan biri İrenanın anası olur. İrena onu tanıyır. Anası ona geri qayıtmağı söyləyir. Bu yuxudan sonra İrena Oliverin evinə geri qayıdır. Gecə vaxtı İrena ilə Oliver arasında məhəbbət əlaqəsi baş verir. Bu əlaqədən sonra İrena leoparda dönür. Lakin İrena Oliveri sevdiyindən, onu öldürmür. Əksinə, evdən qaçır.

Leopardı polislər mühasirəyə alan zaman leopard körpüdən çaya tullanır. Oliver başa düşür ki, bu leopard İrenadır və adaya döğru hərəkət edir. Oliver adaya gələn zaman dostunun öldüyünü görür. İrena onu ölldürdüyünü boynuna alır. Lakin İrena bunu ona görə edir ki, insan halına dönsün. İrena Oliverdən ona atəş açmasını xahiş edir. Lakin Oliver bunu etmir. Bu zaman İrena Oliverdən yenidən leoparda dönmək üçün xahiş edir. Oliver onunla yenidən məhəbbət əlaqsəində olur. İrena leoparda dönür.

Filmin sonu Oliverin leoparda yemək verməsi və onu tumarlaması ilə bitir. Oliver ilə Elis bir yerdə yaşayırlar.

Rollarda
Nastasya Kinski – İrena Qallier
Malkolm Makduel – Pol
Con Hird – Oliver
Annet O'Tul – Elis
Rubi Di – Female
Ed Beqli – Co Kreyq
Skott Polin – Bil Sirl
Con Larrokett – Bronte Cedson
Berri Berenson – Sandra

MükafatlarMükafatKateqoriyaLayiq görülübNəticə
Saturn mükafatı[3]Ən yaxşı aktrisaNastassya KinskiNamizədlik
Qızıl Qlobus mükafatı [3]Ən yaxşı saundtrek - Hərəkət filmiCiorcio MoroderNamizədlik
Ən yaxşı orijinal mahnı - Hərəkət filmiCiorcio Moroder (musiqi) & Devid Boui (klip) (mahnının adı: "Theme from Cat People")Namizədlik


Tarix: 19.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Filimler