beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxulu boşluq (film, 1999)

Yuxulu boşluq (ing. Sleepy Hollow) - 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, Bitlcus, Betmen kimi filmlərin rejissoru olan Tim Börtonun idarə etdiyi filmin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Mükafatlar
4 İstinadlar
5 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

1799-cu il. Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur. İkabod Nyu-Yorka Yuxulu Boşluq" adlandırılan ilk hollandların məskunlaşdığı Uestçester qraflığının (ing. Westchester County) kəndinə, onun başçılarının köməyi ilə göndərilir ki, başı kəsilən şəxsiyyətlərin ölümü araşdırılsın. Bu ölüm sırasına: Piter Van Qarret, onun oğlu Dirk və dul qadını Elizabet Vinşip. Yeniliyin pioneri olan İkabod meyitlərin yarılması üçün müasir formalı qeyri-adi alətlərindən istifadə edir. İkabod meyitlləri görən zaman əsas olaraq başların olmamasına diqqət yetirir. İkabod tədqiqat işlərini davam etdirərək yeni müxtəlif maraqlı faktlarla qarşılaşır.

İkabod Kreyn varlı fermaçı Baltusun evinə gələn andan ətrafdakılardan üşbhələnməyə başlayır. Amma bu zaman Baltus ona "Başsız atlı" haqqında əhvalatı danışmağa başlayır. Amerika koloniyalarının müharibəsi dövründə (1775—1783) qessen şahzadəsinin alman kavalerlərindən biri yoluna keçən hər bir nəfəri öldürməyə başlayır. Bu kavaler xəncəri ilə birgə dişlərini də itiləmiş və yoluna çıxan adamların hamısının başını kəsmişdir. Lakin onu 1779-cu ildə onu muzdlu əsgərlər izləmiş və "Yuxulu boşluq" adlandırılan bir yerə aparmışlar. Burada onun başı kəsilmiş və bədəni başıyla birgə basdırılmışdır. Artıq kənd sakit bir həyat yaşayacaqdı. Amma həmin hadisələrdən bir neçə müddət keçdikdən sonra kənddə qəddar ölümlər başlayır. Kəndlilərin sözlərinə görə, onların gördükləri qatil "Başsız atlı"dır. Bu əhvalatı qulaq asdıqdan sonra İkabod Kreyn dərhal istintaqını davam etdirməyə başlayır.

İkabodun eşitdiyi maraqlı faktlar onun üçün hal-hazırda yetərli deyildir. "Başsız atlı"nın kəndlilərin başlarını kəsməsi və kəsilmiş başların özü ilə aparması onu çox maraqlandırır. Ona bu işdə az yaşlı uşaq və Katrina böyük köməklik göstərir. Hələ İkabon bura gələn zaman bir mərasimlə rastlaşır. Mərasimdə oyun keçirilir. Oyunun qaydasına görə, gözü bağlı şəxs sevgilisini taparaq onun yanağından öpməlidir. Bankirin qızı Katrina gözünü bağlayaraq oyuna qatılır. Katrina bir şəxsi öpür və gözlərini açaraq yad adamı görür. Bu adam bura yenicə gəlmiş İkaboddur. Məhz bu andan etibarən İkabod ona aşiq olmuşdur.

İkabod Kreyn "Başsız atlı" ilə rastlaşan zaman onun qan axan "Ölülər ağacı"nın içinə girdiyini görür. Buradan aydın olur ki, "Başsız atlı"nın evi buradır. Səhərlər "Başsız atlı" burada yaşayır və gecələr isə ovuna başlayır. İkabod "Ölülər ağacı"nın ətrafında onun qurbanlarının başlarını aşkar edir. Artıq İkabod "Başsız atlı"nın mövcud olmasına inanmağa başlayır. İkabod Kreyn istintaq zamanı konsteyb və Baltus Van Tasseldən şübhələnir. Baltus Van Tassel "Başsız atlı" tərəfindən öldürülən zaman İkabod Katrinadan şübhələir. Bu səbəbdən buranı tərk etmək istəyir. Lakin buradan çıxan zaman yolda qətllər haqqında fikirləşir və qərarra gəlir ki, bu işdə Katrinanın heç bir günahı yoxdur. İkabod geri qayıdan zaman Meri Van Tasselin Katrinanı əsir tutduğunu görür. Meri Van Tassel Katrinanın ögey anasıdır. Əvvəllər qessel tayfasından olan yoluna çıxan adamların başını kəsən döyüşçüyə xəyanət edən balaca əkiz qızlardan biri olub. Meri yaşlandıqca doğma əkiz bacısını öldürmüş və "Başsız atlı"nı diriltmişdir. Meri Van Tassel "Başsız atlı"nın köməyi ilə Tesselin var-dövlətinə sahib olmaq istəyir.

Bu zaman onlar arasında mübarizə gedir. "Başsız atlı" isə yenidən peyda olur. İkabod, az yaşlı uşaq və Katrina evdən qaçmağı bacarırlar. Onlar "Ölülər ağacı"nın ətrafına gəlirlər. Meri "Başsız atlı"ya İkabodu öldürməyi əmr verir. Bu zaman Merinin əlində qotaz olur. Bu qotazın sayəsində "Başsız atlı" idarə olunur. Qotaz sındıqdan sonra artıq "Başsız atlı" bütün idarədən azad olunur və Meri ölümcül halda "Ölülər ağacı"nın içinə aparır. Bütün kənd yenidən iyirmi il bundan əvvəlki kimi sakitdir. İkabod, az yaşlı uşaq və Katrina Nyu-Yorka yola düşürlər və XIX əsri qarşılayırlar.

RollardaAdRolQeydlər
Conni Deppİkabod KreynFilmin baş qəhrəmanı
Kristina RiççiKatrina Enn Van Tasselİkabodun sevdiyi qız
Miranda RiçardsonMeri Van TasselQəddar qadın
Maykl QembonBattus Van TasselVarlı fermaçı və bankir
Kasper Van DyenBrom Van BrantAristokratdır və Katrinanı sevir
Kristofer LiHakimCinayətlərin araşdırılmasında İkaboda kömək edir
Maykl QofCeyms HardenbukNotarius
Kristofer UokenBaşsız atlıAlman döyüşçüsü
Alan ArmstronqZabitBaş Konsteybl
Rey Parkgöstərilməyib"Başsız atlı"nın döyüş yerlərini ifa edən kaskadyor


MükafatlarMükafat alanMükafatNominasiyaNəticə
Oskar mükafatı[2]Ən yaxşı incəsənət mükafatıRik Heinriçs, Piter YanQalibiyyət
Oskar mükafatı: Ən yaxşı filmEmmanuel LubezkiNamizədlik
Oskar mükafatı: Ən yaxşı kostyumKolin AtvudNamizədlik
BAFTA mükafatı[3]BAFTA mükafatı: Ən yaxşı kostyumKolin AtvudQalibiyyət
BAFTA mükafatı: Ən yaxşı istehsalat layihəsiRik HeinriçsQalibiyyət
BAFTA mükafatı: Ən yaxşı vizual effektlərCim Mitçell, Kevin Yaqer, Coss Uilyams, Peddi İsonNamizədlik
Saturn mükafatı:[4]Saturn mükafatı: Ən yaxşı aktrisaKristina RiççiQalibiyyət
Saturn mükafatı: Ən yaxşı musiqiDenni ElfmanQalibiyyət
Saturn mükafatı: Ən yaxşı qorxulu film"Yuxulu boşluq"Namizədlik
Saturn mükafatı: Ən yaxşı rejissorTim BörtonNamizədlik
Saturn mükafatı:Endryu Kevin UalkerNamizədlik
Saturn mükafatı: Ən yaxşı aktyorConni DeppNamizədlik
Saturn mükafatı: Ən yaxşı dəstəklənilən aktyorKristofer UalkenNamizədlik
Saturn mükafatı: Ən yaxşı dəstəklənilən aktrisaMiranda RiçardsonNamizədlik
Saturn mükafatı: Ən yaxşı kostyumKollen AtvudNamizədlik
Saturn mükafatı: Ən yaxşı kosmetikaKevin Yaqer, Piter AuenNamizədlik
Saturn mükafatı: Ən yaxşı xüsusi effektlərCim Mitçell, Coss Uilyams, Kevin Yaqer, Mark S. MillerNamizədlik
MTV Film mükafatı[5]MTV Film mükafatı: Ən yaxşı qəddarKristofer UalkenNamizədlik
Amerikan Film İnstitutuAFI versiyasına görə 100 ilin ən yaxşı 100 Amerikan qəhrəman və yaramazları"Başsız atlı"Namizədlik


Tarix: 18.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 442 Bölmə: Filimler