Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zombi 2 (film, 1979)

Nyu-York sahillərinə naməlum səbəbdən boş yaxta daxil olur. Patrullardan biri Harbor yaxtanı araşdırarkən gözlənilmədən polislərdən biri qəribə görkəmli olan kişi tərəfindən öldürürür. Bu zaman digər polislər ona atəş açır və kişi dənizə düşür. Patrullar ölmüş polisi qəbirdə basdırırlar. Bir müddətdən sonra aydın olur ki, bu yaxta həkim Boulza aiddir.

Anna Boulz (Tisa Ferrou) yaxtanın sahibi Boulzun qızı olduğu üçün şübhə altındadır. Anna bilir ki, onun atası tropik adalara araşdırma aparmaq üçün getmişdir. Jurnalist Piter Uest (Yen Makkallok) bu barədə xəbərlərdə məlumat verir. Anna və Piter yaxtada görüşürlər. Bu zaman onlar burada məktub tapırlar. Məktubda yazılır ki, Boulz Matul adasındadır (Sent-Tomas, ABŞ-ın Virciniya adaları) və qəribə xəstəlikdən əziyyət çəkir. Anna və Piter bu işi birlikdə araşdırmağa qərara gəlirlər. Bu məqsədlə onlar yaxta heyətinə Brayan Kurt (Al Kliver) və Syuzen Barret (Auretta Gey) cütlüyünə qoşulurlar ki, tropik adanı tapsınlar.

Matul adası ölülərin dirildiyi lənətlənmiş yerdir. Həkim Devid Menard (Riçard Conson) adada yaşayır və burada gizli aradırmalar aparır. Onun qəzəbli həyat yoldaşı Paola (Olqa Karlatos) onun üzərinə zombi hücum etdikdən sonra adanı tərk etmək istəyir. Lakin Menard onu fikrindən daşındırmağa çalışır ki, araşdırmalarına davam etsin.

Anna, Piter, Brayan və Syuzen bura gələn zaman zombilərlə rastlaşırlar. Zombilər heyətlərin çoxunu, o cümlədən həkim Menardı öldürürlər. Bir müddətdən sonra Syuzen zombiyə dönür və virusu Brayana keçirir. Anna və Piter Brayanı sübut kimi götürərək yaxta ilə buranı tərk edirlər. Onlar okeana çatırlar, lakin radioda Nyu-Yorka zombi taun xəstəliyinin yayıldığı xəbərini eşidirlər. Bu zaman zombilərin Nyu-York körpüsündən necə axışdıqları göstərilir.

Maraqlı faktlar
Film bir çox ölkələrdə qadağan olunmuşdur.
Bəzi zombilərdə qrim olmadığından onlar bel tərəfdən çəkilmişdir.
Filmin ssenaristi Dardano Saççetti tirdə göstərilməyib.
Zombilərin qrimi film heyətinin avtobusunda edilmişdir.


Tarix: 18.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Filimler
loading...