beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Polislər və Robbersonlar (film, 1994)

Polislər soyuqqanlı qatil Osbornun Robbersonlar ailəsinə məxsus binanın ətrafında yaşadığı öyrənən zaman bu ailənin başçısı Norman Robberson ilə qatili tutmağa çalışırlar. İşin əvvəlində Normanın ailəsinin bundan xəbəri olmur. Amma polis olan Ceyk Stounun köməkçisi Toni Murun yanlışlığı ucbatından bütün ailə bundan xəbər tutur. Bu zaman ailə polislərə kömək etməyə razı olur. Robbersonlar ailəsi qəribə olmaları ilə seçilirlər. Norman Robberson çox sadə insandır. Bu səbəbdən Osbornla asanlıqla tanış olur. Osborn başqa bir iş adamı ilə görüşməlidir. Polislər hər gün Osbornun evinə baxırlar. Norman isə artıq polis olmaq fikrindədir. Günlərin birində gecə vaxtı Osborn iş adamı ilə görüşür və onu öldürmək niyyətindədir. Amma bu zaman çoxlu hadisələr baş verir və bütün ailə Osbornun evinə getməyə məcbur olurlar. Polislər və ailə Osbornun dustağına çevrilirlər. Osborn onları öldürmək istəyir. Zəng zamanı Ceyk Normana onların dustaq olmaları barədə nişan verir. Norman Ceykin söylədiyi fikri başa düşür və ailəni xilas etmək istəyir. Norman qatilin üzərinə pəncərədən atlanmaq istəyir. Bu zaman Norman iki dəfə əzilir. Üçüncü dəfədə isə pəncərəni sındırsa da, düzgün yerə düşmür. Amma ailə qatili zərərləşdirməyi bacarır və Osborn polislərə təhvil verilir. Beləliklə, Polislər və Robbersonlar ailəsi xilas olur. Sonda Ceyk Stoun Normana özünə məxsus polis nişanını verir.


Tarix: 18.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Filimler