beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər (film, 1960)

Məzmun

Filmdə kənddən Bakıya gəlib neft mədənlərində işləyən fəhlə Bayramın(Giuli Çoxonelidze) bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən danışılır. Filmdə Çar Rusiyası dövründə fəhlələrin ağır vəziyyətindən, dövrün fəhlələrinin çətin həyatından bəhs olunur oliqarxların zalımlığı, bir səhnədə isə milli ayrı-seçkilik tənqid olunur. Kinolent boyunca bir çox mövzüya toxunulur, sevgi-məhəbbət mövzüsündan tutmuş müəyyən tarixi hadisələrə qədər. Filmdə ve eyni adlı əsərdə Məşədi Əzizbəyov sürəti yazıçının bir digər əsəri olan Kommisarda olduğu kimi ön plana çəkilmişdir, ve əsərdə İosif Stalin (Çuqaşvili) kimi bəzi tarixi fiqurlar da təsvir olunmuşdur.

Film haqqında
Film Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Mehdi Hüseyn
Quruluşçu rejissor : Ağarza Quliyev
Quruluşçu operator : Dmitri Feldman
Rejissor : Tofiq Kazımov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Fikrət Əmirov
Mahnıların Mətni : Nəbi Xəzri
Səs operatoru : Ağahüseyn Kərimov
Geyim rəssamı : Elbəy Rzaquliyev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Sergey Klyuçevski
Rejissor assistenti : Əsgər İsmayılov, Elmira Əliyeva
Operator assistenti : Tofiq Sultanov(T. Sultanov kimi), A. Ələkbərov
Rəssam assistenti : S. Şıxlı, N. Mahmudov
Montaj edən : Yevgeniya Abdirkina
Filmin direktoru : Teymur Hüseynov
Mahnı İfa edən : Lütfiyar İmanov (titrlərdə yoxdur)
Operator : Əsgər İsmayılov (titrlərdə yoxdur)

Rollarda
Nodar Şaşıqoğlu-Əzizbəyov
Giuli Çoxonelidze(Giuli Çoxonolidze kimi)-Bayram
Nikolay Barmin-Smirnov
Lütfi Məmmədbəyli-Aslan
Əşrəf Yusifzadə-Mirəli
Ələsgər Ələkbərov-Rəhim bəy
M. Hüseynov-Rəşid
Elmira Şabanova-Sevda
Əli Zeynalov-Abuzər bəy
Mustafa Mərdanov-Əhməd kişi
Manana Abuyeva-Süsən
Andro Kobaladze-Koba
Qriqori Tonuns-Şaumyan
H. Qaqanidze-Caparidze
Əzizə Məmmədova-Səlminaz
N. Kloçneva-Yelena
V. Otradinski-Polkovnik
Sona Hacıyeva-Aslanın anası
Anatoli Falkoviç-Zabit
Əhməd Əhmədov (II)(Əhməd Anatollu kimi)-Süsənin atası
Ələkbər Hüseynzadə-Kəndli
Ələkbər Seyfi-Gizli mətbəəçi
L. Volezev
Leyla Rzayeva-Əzizbəyovun arvadı
German Orlov
İbrahim Azəri-Fəhlə
K. Qolovkov
B. Sadıqov
Müxlis Cənizadə-Fəhlə
Hüseynağa Sadıqov-Nökər
Bahadur Əliyev-Fəhlə

Filmi səsləndirənlər
Həsənağa Salayev-Bayram (Giuli Çoxonelidze) (titrlərdə yoxdur)
Əli Zeynalov-Əzizbəyov (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Fəhlə (titrlərdə yoxdur)
Müxlis Cənizadə-Rəşid (M. Hüseynov) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Rotmistr (titrlərdə yoxdur)
Möhsün Sənani-Şaumyan (Qriqori Tonuns) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 549 Bölmə: Filimler