beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevinc buxtası (film, 1977)

Məzmun
1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...
Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.

Festivallar və mükafatlar
1)1978-ci ildə
Quruluşçu rejissor Eldar Quliyevə, ssenari müəllifi Georgi Mdivaniyə, quruluşçu operator Rasim İsmayılova, quruluşçu rəssam Rafiz İsmayılova və aktyor Əliabbas Qədirova filmə görə Azərbaycan Respublikası Dövlət Mükafatı verilmişdir.

Film haqqında
Film rejissor assistenti Süleyman Əhmədovun kinoda ilk işidir.
Filmin I seriyası "Təxribat Sabaha Təyin Olunub", II seriyası isə "Əfsanənin Başlanğıcı" adlanır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Georgi Mdivani, Eldar Quliyev
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Polad Bülbüloğlu
Montaj edən : Tahirə Babayeva
Səs operatoru : Kamal Seyidov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Rejissor : Ramiz Əliyev
Operator : Yuri Varnovski
İşıqçı : A. Məmmədzadə
Rejissor assistenti : Süleyman Əhmədov, Vaqif Əsədullayev

Rollarda
Həsənağa Turabov-Əlizadə
Əliabbas Qədirov-Nazim
Panteleymon Krımov-Potyomkin
Həsən Məmmədov-Rüstəmov
Nodar Şaşıqoğlu-Nikolayev
Tanilə Əhmərova-Leyla
Qalina Andreyeva-Yekaterina Aleksandrovna
Y. Dubski-Detertinq
Yozef Lanqmiller(Y. Lanqmiller kimi)-Lloyd Corc
Radovan Lukavski-Polkovnik Boyl
F. Valetski-Mantaşev
R. Romanov-Romanov
Ramiz Məlikov-Asanov
Əbdül Mahmudov-Əbdül
Sadıq Hüseynov-Fətullayev
Konstantin Adamov-Fotoqraf
Nikolay Barmin-Petroviç
Şahmar Ələkbərov-Saleh
V. Daşdəmirov-Əli
Eldəniz Rəsulov-Seyidov
Elxan Quliyev
Elxan Cəfərov-Atamoğlan
Muxtar Maniyev
Aleksey Safonov
Bahadur Əliyev
Gəray Əlibəyov


Tarix: 16.02.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Filimler