beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seçilən (film, 2008)

Məzmun
Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan(Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova(Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla(Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.[1]

Film haqqında
Film 400 min dollara başa gəlib.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Vahid Mustafayev (Vahid Naxış kimi)
Quruluşçu rejissor : Məsud Abpərvər
Quruluşçu operator : Haşem Gerami
Bəstəkar : Arman Musapur
Səs rejisoru : Əsgər Abqun
Baş prodüser : Vahid Mustafayev
Montaj edən : Bəhram Abpərvər
İkinci rejissor : Əliqulu Səmədov, Naili Süleymanzadə
Səhnələrə məsul : Məryəm Mehdiniya
Operator : Hikmət Əsgərov

Rollarda
Elşən Rüstəmov-Əli Talıbov
Kazım Abdullayev-Zorik Babayan
Sevinc Əlişova-Natəvan
İlqar Musayev-Malik
Nazir Rüstəmov-Robert Köçəryan
Əlibala Ələsgərov-Serj Sarkisyan
Məzahir Süleymanov-Vladimir Mujaylo
Namis Şirməmmədov-Robik
Şahmar Qəribli-professor
Əliqulu Səmədov-Beydulla Fətəliyev
Telman Əliyev-polis rəisi Nurbalayev
Ramin Şıxəliyev-növbətçi polis nəfəri
Toğrul Rza-Abbas
Elxan Rza-Məmmədov
Zümrüd Qasımova-pozğun qadın
Məhərrəm Musayev-mitinqdə kişi
Novruz Qartal-erməni polis rəisi
Yalçın Səlimov-lift təmirçisi
Rauf Ağakişiyev-lift təmirçisi
Habil Hümbətov-gözətçi
Aliyə Mikayılova-Zorikin anası
Rahib Əliyev-Zorikin atası
Fazil Mürsəlbəyov-taksi sürücüsü
Qurban Səlimov-prezident
Bəxtiyar Quliyev-prezidentin köməkçisi
Arzu Şahverdiyev-icra başçısı
Sevda Həsənova-icra başçısının müavini
Vüqar Hüseynov-mühafizəçi
Urfat Quliyev-mühafizəçi
Elçin Qəyami-mühafizəçi
Ramin Qədimov-mühafizəçi
Nazim Qurbanov-mühafizəçi
Samir Əliyev-mühafizəçi


Tarix: 16.02.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Filimler