beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəncərə (film, 1991)

Məzmun
Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"-şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev (II)) yeganə çıxış yolunu tapır – özünü pəncərədən ataraq məhv olur.
"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.

Film haqqında
Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana...Allah-Təala qiyamət günü əzab verməz".
Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür.
Filmin ideyası 1987-ci ildə yaranmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari Müəllifi : İsi Məlikzadə
Quruluşçu rejissor : Həsən Əbluc, Ənvər Əbluc
Quruluşçu operator : Elxan Əliyev
Quruluşçu Rəssam : Rafiq Nəsirov
Bəstəkar : Mobil Babayev
Səs operatoru : Akif Nuriyev
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Rauf Dadaşov
Rejissor : Mayak Kərimov

Rollarda
İlham Babayev (II)-Əhsən
Valeh Kərimov-Əhsənin atası
Yaşar Nuri-Nəsib
Ənvər Əbluc-Direktor
Ruslan Nəsirov-Köçəri
Simuzər Ağakişiyeva-Nərminə
Elxan Bayramov-Savalan
Abbasqulu Əbluc-Vasif
Zemfira Əliyeva-Sultannisə
Təvəkkül İsmayılov-Burxan
Xəlil İsmayılov-Ceyhun
Məmmədbağır Həsənov-Qənimət
Ramin Məlikov-Rövşən
Həsən Əbluc-Rövşənin atası
Fərid Hacıyev-Zəki
Nazir Əliyev-Zəkinin atası
Emil Bayramov-Qurban
Vüsalə Nəbiyeva-Qumral
Rövşən Cahangirov-Səməd
Əbdül Mikayılov-Əhməd
Elxan Quliyev-Milis Kapitanı
Fikrət Məmmədov-Milis Leytenantı
Laləzar Mustafayeva-Ana
A. Seyidova
Ülvi Səfərov
Ş. Məmmədova
Mayak Kərimov
Dadaş Kazımov-Qarovulçu
Vəliəhd Vəliyev-Restoran sahibi
Şəmsi Şəmsizadə-Ata
S. Tağıyev
İdris Rüstəmov
Zilli Namazov-Restorandakı müştəri
Vüqar Muradov


Tarix: 16.02.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 687 Bölmə: Filimler