beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özgə vaxt (film, 1996)

Məzmun
Filmin qəhrəmanı Leyla(Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına(Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini(Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.

Festivallar və mükafatlar
1)1997-ci ildə Bakıda
Aktrisa Ayan Mirqasımovaya "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı
Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
Ən yaxşı gənc aktrisa üçün aktrisa Ayan Mirqasımovaya "Gümüş Sevilya" Prizi verilmişdir.
3)1997-ci ildə Daşkənddə XII Beynəlxalq kinofestival
Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Ayan Mirqasımovaya (çinli aktrisa Si Meyyunla birgə) "Qızıl Zanbaq" Mükafatı verilmişdir.
4)1997-ci ildə Anapada (Rusiya) MDB və Baltikyanı ölkələrin kinofestivalı
Ən yaxşı qadın roluna görə aktrisa Ayan Mirqasımovaya Priz verilmişdir.

Səhv
Orfoqrafik: Titrlərdə filmin adı "Özğə Vaxt" olaraq yazılmışdır. Doğrusu "Özgə Vaxt" olmalıdır.

Filmin heyəti

Film üzərində işləyənlər(titrlərdəki sıraya görə)
Quruluşçu rejissor : Hüseyn Mehdiyev
Ssenari müəllifi : Ramiz Rövşən, Hüseyn Mehdiyev
Quruluşçu operator : Amin Novruzov, Nadir Mehdiyev
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Azər Dadaşov
Filmin direktoru : Arif Səfərov
Səs operatoru : Vladimir Savin, Nataliya Nuriyeva
Montaj edən : Gülşən Səlimova
Rejissor : Süleyman Əhmədov
Operator : Sahib Səfərov
Geyim rəssamı : Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi)
Qrim rəssamı : Elbrus Vahidov, Telman Yunusov
Quraşdırılmış səhnələrin operatoru : Vaqif Bağırov
Çalır : Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri
Dirijor : Rauf Abdullayev
Musiqi redaktoru : Rauf Əliyev
Rejissor assistenti : Şamil Əliyev, K. İbrahimova
Operator assistenti : Nizami Səfərov
Geyim üzrə Assistent : Xalidə Ağacanlı(Xalidə Ağacanova kimi)
Montaj üzrə assistent : Xalidə Cəfərova
Dekor rəssamı : Elyaz Səfərov
Səs Texniki : E. Abbasov
Fotoqraf-Rəssam : Natiq İbrahimov
İşıq Ustası : Məhəmməd Hacıyev
İşıqçı : Həsən Sultanov, Adil Dadaşov
Məsləhətçi : Ağabəy Sultanov, İ. Yampolski
Təlimçi : E. Cəfərov
Rəng Tənzimləyicisi : Əminə Cəfərova
Rəng Tənzimləmə üzrə Assistent : İ. Raskina
Pirotexnik : R. Şəfiyev, Dmitri Kasilov, Əlibala Məmmədov
Geyimçi : Sofa Hüseynova (II)(S. Hüseynova kimi)
Əlbəsəçi : Taisiya Kovalyova, A. Sirdayeva
Sürücü : Nizam Əliyev, A. İbrahimov, R. Ağayev, Muxtar Əzizbəyov, V. Cəbrayılov
Fəhlə : Y. Rıjov, A. Krivopusko
İnzibatçı : O. Ağayev, Rafiq Musayev(R. Musayev kimi), Tamara Kazaçenko(T. Kazaçenko kimi), Yusif Əlizadə(Y. Əlizadə kimi), T. Qasımova
Redaktor : Dinarə Gərəkməzli(Dinarə Kərəkməzli kimi)
Musiqisindən İstifadə edilən Bəstəkar : İohan Sebastyan Bax

Rollarda
Ayan Mirqasımova-Leyla
Ələddin Abbasov-Ata
Həsən Məmmədov-Həkim
Elşən Rüstəmov-Orxan
Rafiq Əliyev (II)-Qonşu
Elmira Şabanova-Orxanın anası
Zərnigar Ağakişiyeva-Tibb bacısı
Nərminə Zərbəliyeva
Elmira Həşimzadə(Elmira Haşımzadə kimi)-Baxıcı dayə
Pərvin Sultanzadə
Sona Babayeva
İqlimə Yaqubova
Y. İmanov
Məmmədkamal Kazımov
A. Bəşirov
Səidə Səfərova(S. Səfərova kimi)
S. Məmmədova
N. Rzayeva
O. Ağayev
R. Şəfiyev


Tarix: 16.02.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Filimler