beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O qızı tapın (film, 1970)

Məzmun
Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır.
Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı(Səyavuş Şəfiyev) ehtiyyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar.
Film insanları düzlüyə, doğruluğa çaqırır.

Film haqqında
Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Həsən Seyidbəyli
Quruluşçu rejissor : Həsən Seyidbəyli
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Ramiz Əliyev
Redaktor : Nataliya Şneyer
Operator : Şərif Şərifov
Quraşdırılmış səhnələrin operatoru : N. Xarbikov
Geyim rəssamı : Bədurə Əfqanlı
Qrim rəssamı : V. Arapov
Rejissor assistenti : A. Əliyev, Ç. Əsədov
Operator assistenti : Rafiq Əmirov, R. Səfərəliyev
Rəssam Asistenti : Tatyana Əmirova, T. Məlikzadə
Montaj edən : Nelli Mahmudova
Mahnı Mətni : V. Vəkilov, Fikrət Qoca
Məsləhətçi : Ç. Babayev (milis polkovniki), Arif Heydərov (2-ci şəxs titrlərdə yoxdur)
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Niyazi
Filmin direktoru : Nazim Ələkbərov
Mahnı İfa edən : Oqtay Ağayev, Flora Kərimova (titrlərdə yoxdur)

Rollarda

Şəmsi Bədəlbəyli- Zeynalov
Tofiq Mirzəyev- Rüstəm
Hamlet Xanızadə- Dadaş
Eldəniz Zeynalov- Səyavuş
Səfurə İbrahimova- Xalidə
Sevil Qasımova- Əminə
Ramiz Məlikov- Ziya
Nəsibə Zeynalova- Meyransa
Muxtar Maniyev- Hacıbala
Ağahüseyn Kərimov- Emin Şirinov
Hacımurad Yegizarov- Xosrov Miriyev
Stanislav Kovtun- Məlikov
Süsən Məcidova-Səyyarə
Lyudmila Duxovnaya-Satıcı
Ofeliya Sənani-Memar
Sona Aslanova-Qonşu
Dina Tumarkina
S. Hidayətzadə
M. Seyidbəyli
H. Hüseynov
Rafiq Tağıyev-Fəxrəddin Kazımlı
Səyavuş Şəfiyev-Firudin Kazımlı
M. Mustafayev
Mirzəbala Məlikov-Yol müfəttişi
H. Sadıqzadə
Hüseynağa Sadıqov-Qonşu
K. Orucov
Arif Mədətov- Mafioz qrupunun üzvü
N. Quliyev
Xosrov Abdullayev-Sirk işçisi
Mustafa Süleymanov
Əbdül Mahmudov-Mafioz qrupunun üzvü
Süleyman Ələsgərov (II)-Mafioz qrupunun üzvü
Asif Əliyev- Mafioz qrupunun üzvü
Elxan Qasımov-Mafioz qrupunun üzvü
Yusif Yulduz-Şahid
Sadıq Həsənzadə-Qoca
Mayak Kərimov-Milis işçisi

Filmi səsləndirənlər
Şahmar Ələkbərov-Rüstəm (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əzizağa Qasımov-Fəxrəddin Kazımlı (Rafiq Tağıyev) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Xosrov (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Xalidə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Şirinov (Ağahüseyn Kərimov) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Məlikov (Stanislav Kovtun) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Əminə (Sevil Qasımova) (titrlərdə yoxdur)
Bahadur Əliyev-Mafioz qrupunun üzvü (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 345 Bölmə: Filimler