beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömrün səhifələri (film, 1974)

Məzmun

Ömrün Səhifələri
İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın(Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil(Fazil Salayev), Eldəniz(Eldəniz Zeynalov), Baladadaş(Şamil Süleymanov), Fəxrəddin(Fəxri Həsənov) və.s obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır.

Rəqiblər
Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.

Baladadaşın İlk Məhəbbəti
Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş(Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".

Nəğmə Dərsi
Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın(Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin(Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.
Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.

Film haqqında

Kinoalmanax
Kinoalmanax 3 novelladan ibarətdir : "Rəqiblər", "Baladadaşın İlk Məhəbbəti" və "Nəğmə Dərsi"

Baladadaşın İlk Məhəbbəti
Film rejissor Fikrət Əliyevin rejissor kimi kinoda ilk işidir.
Film Elçinin eyniadlı hekayəsi əsasında yaradılmışdır.
Baladadaş rolu üçün sınaq çəkilişlərinə dəvət alanlardan biri də aktyor Telman Adıgözəlov olub.

Nəğmə Dərsi
Film rejissor Gülbəniz Əzimzadənin diplom işidir.
Film quruluşçu operator Valeri Kərimovun kinoda ilk işidir.
Film yazıçı Rüstəm İbrahimbəyovun eyniadlı novellası əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ömrün Səhifələri
Ssenari müəllifi : Həsən Seyidbəyli
Quruluşçu rejissor : Həsən Seyidbəyli
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : Ələkbər Həsənzadə
Filmin direktoru : Yusif Yusifzadə
Bədii Rəhbər : Həsən Seyidbəyli

Rəqiblər
Ssenari müəllifi : Ramiz Fətəliyev, Teymur Bəkirzadə
Quruluşçu rejissor : Teymur Bəkirzadə
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Aqşin Əlizadə
Səs operatoru : Akif Nuriyev
Redaktor : İntiqam Qasımzadə
Filmin direktoru : Akif Musayev, Yusif Yusifzadə

Baladadaşın İlk Məhəbbəti
Ssenari müəllifi : Elçin
Quruluşçu rejissor : Fikrət Əliyev
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Kamal Seyidov
Redaktor : Ədhəm Qulubəyov
Filmin direktoru : Yusif Yusifzadə
Mahnıların Mətni : Fikrət Qoca

Nəğmə Dərsi
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : Ələkbər Həsənzadə
Redaktor : İntiqam Qasımzadə
Filmin direktoru : Kamil Hacıyev
Rejissor Köməkçisi : Yusif Əlizadə

Rollarda

Ömrün Səhifələri
Şəmsi Bədəlbəyli- Telefon gözləyən adam
Fazil Salayev- Fazil
Eldəniz Zeynalov- Eldəniz
Sona Aslanova-Telefon gözləyən adamın arvadı
Şamil Süleymanov- Baladadaş
Fəxri Həsənov- Fəxrəddin
Muxtar Maniyev-Muxtar
Hacıbaba Bağırov- Papaqlı müştəri
Nicat Bəkirzadə-Hüseyn
Sədaqət Dadaşova
Dinarə Yusifova-Baladadaşın nişanlısı
G. Rəsulova
P. Rzazadə
İntiqam Qasımzadə

Rəqiblər
Fazil Salayev-Fazil
Eldəniz Zeynalov-Eldəniz
Muxtar Maniyev-Muxtar
Novruz Axundov-Pivə içən
Ələsgər Məmmədoğlu-Ələsgər
Yusif Yulduz-Məhəllə sakini
Nadir Əsgərov-Pivə içən
Kamil Məhərrəmov-Pivə içən
Bahadur Əliyev-Müştəri

Baladadaşın İlk Məhəbbəti
Şamil Süleymanov- Baladadaş
Ruhəngiz Musəvi- Sevinc
Mirvari Novruzova-Sevincin anası
Yusif Muxtarov- Sevincin nişanlısı

Nəğmə Dərsi
Əliabbas Qədirov- Ata
Fəxri Həsənov- Fəxrəddin-oğul
Elxan Ağahüseynoğlu-Satıcı

Filmi səsləndirənlər

Ömrün Səhifələri
Səməndər Rzayev-Telefon gözləyən adam (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)

Rəqiblər
Tələt Rəhmanov-Pivə İçən (Novruz Axundov) (titrlərdə yoxdur)
Rasim Balayev-Meyxana deyən (titrlərdə yoxdur)

Baladadaşın İlk Məhəbbəti
Ramiz Əzizbəyli-Baladadaş (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Murad (Yusif Muxtarov) (titrlərdə yoxdur)
Xuraman Hacıyeva-Sevinc (Ruhəngiz Musəvi) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 358 Bölmə: Filimler