beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müxtəlif sahillərdə (film, 1926)

Məzmun
Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Aleksandr Litvinov, P. Vaynşteyn, İvan Tartakovski
Quruluşçu rejissor : Aleksandr Litvinov
Quruluşçu operator : İvan Tartakovski
Quruluşçu rəssam : A. Plaksin, M. Vlasov
Rejissor assistenti : Mikayıl Mikayılov
Rejissor Köməkçisi : Aleksandr Makovski

Rollarda
Mirzəağa Əliyev-Amerikan fəhləsi
Mustafa Mərdanov-Abbas
Nadejda Vendelin
Mikayıl Mikayılov
Sergey Trotski
Pyotr Kirillov


Tarix: 15.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Filimler