beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milli bomba (film, 2004)

Məzmun
Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...

Film haqqında
Azərbaycan filmə 300 min dollar ayırmışdır.
Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi". Məqalədə deyilir: ""Milli Bomba" xalqların keçmiş "qardaşcasına dostluğuna" yasin oxumaqdır: burada sovet psixologiyasının "əlacsız izi" var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər".
Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib.

Festivallar və mükafatlar
1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq "Yeni Kino – XXI Əsr" Kinofestivalı
Film baş Mükafat–Qran Pri almışdır.
Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Mükafat verilmişdir.
Bəstəkar Giya Kançeliyə xüsusi Mükafat verilmişdir.
2)Novqorodda(Rusiya) "Gülümsə, Rusiya" Komediya Filmləri Festivalı
Filmə baş Mükafat verilmişdir.
3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı
Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.

Namizəd
1)2004-cü ildə Moskva(Rusiya) Beynəlxalq Kinofestivalı
Film "Qızıl Müqəddəs Georgi" Mükafatına namizəd olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Vaqif Mustafayev
Ssenari müəllifləri : Elçin, Vaqif Mustafayev
Quruluşçu operatorlar : Lomer Axvlediani, Cimşer Kristesaşvili
Quruluşçu rəssam : Ağarəhim Əliyev
Bəstəkar : Giya Kançeli
Prodüser : Valeri Ruzin

Rollarda
Avtandil Maxaradze-montajçı
Yaşar Nuri-prodüser Əbdülqəni
Nuriyyə Əhmədova-montajçının arvadı
Əjdər Həmidov-Məmməd
Arzu Hüseynov-montajçının oğlu
Mənsur Məmmədov-Əbdülqəninin atası
Səidə Quliyeva-Əbdülqəninin qızı
Murad Dadaşov-montajçı (gənc)
Lətifə Əliyeva
Şəfiqə Qasımova
Bəhram Bağırzadə
Gülşad Baxşıyeva
Arif Qasımov
Kazım Abdullayev
Elnur Kərimov


Tarix: 15.02.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Filimler