beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən ki gözəl deyildim (film, 1968)

Məzmun
Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir.

Film haqqında
Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər.
Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

Festivallar və mükafatlar
1)1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalı
Qadın rolunun ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Bayram Bayramov, İqor Strekov, Ağarza Quliyev
Quruluşçu rejissor : Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov
Quruluşçu operator : Aleksey Polkanov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : İqor Popov
Geyim rəssamı : Fikrət Bağırov
Rejissor : Nəsir Sadıqzadə
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev, A. Şatunovski
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Rejissor assistenti : Adil İsmayılov, A. Əliyev
Operator assistenti : Valeri Kərimov, Ziya Babayev(Z. Babayev kimi), V. İvaşşenko
Rəssam assistenti : Ə. Musayev, M. Səfərəliyeva
Qrim rəssamı : V. Bereznyakov
Montaj edən : A. Filimonova
Redaktor : Ədhəm Qulubəyov
Filmin direktoru : Əli Məmmədov (III)
Çalır : Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri
Dirijor : Nazim Rzayev (II)

Rollarda
Xuraman Qasımova-Səidə
İsmayıl Osmanlı-Şərif
Şahmar Ələkbərov-Məzahir
Eldar Əliyev-Çingiz
Sadıq Hüseynov-Qurban
Ələddin Abbasov-İmran
Rza Əfqanlı-Həmid
Sədayə Mustafayeva-Gözəl
Ağahüseyn Cavadov-Zeynalov
Ələkbər Seyfi-Rəis
Məmməd Bürcəliyev-əsgər
L. Məmmədov
M. Sərkərov
Almaz Əsgərova-Elmira
Yusif Yulduz-Şikayətçi
Ağarza Quliyev-Rəhim baba
Kima Məmmədova-Qönçə
Asif Əliyev-əsgər

Filmi səsləndirənlər
Əminə Yusifqızı-Səidə (Xuraman Qasımova) (titrlərdə yoxdur)
Ramiz Məlikov-Əsgər (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
Əli Zeynalov-İmran (Ələddin Abbasov) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Həmid (Rza Əfqanlı); Rəhim baba (Ağarza Quliyev) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Çingiz (Eldar Əliyev) (titrlərdə yoxdur)
Bahadur Əliyev-Şərifin rəisi (titrlərdə yoxdur)
Ətayə Əliyeva-Gözəl xala (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Leyla Bədirbəyli-Makinaçı qadın (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Filimler