beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lətifə (film, 1989)

Məzmun
Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...
Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur.

Film haqqında
Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rövşən Ağayev, Yefim Abramov, Nizami Musayev
Quruluşçu rejissor : Yefim Abramov, Nizami Musayev
Quruluşçu operator : Bağır Rəfiyev
Quruluşçu rəssam : Kamil Nəcəfzadə, Nazim Hacıyev
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Nataliya Nuriyeva
Rejissor : Elmira Əliyeva
Montaj edən : Tamara Nərimanbəyova
Operator : Abbas Rzayev, İsrafil Ağazadə(İsrafil Ağayev kimi)
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : V. Kiselyer
Rejissor assistenti : Rafiq Orucov
Montaj üzrə assistent : L. Nuriyeva, Lyudmila Lotina, N. Əliyeva
Səs Operatoru Assistenti : Fazil Əfşani
İşıq Ustası : Rüstəm Rüstəmov, Niyazi Zeynalov
Əlbəsəçi : Nina Çurina
Rekvizit Ustası : Nataliya Şahmuradova
Rəng Quraşdırıcısı : Əminə Cəfərova
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Fatma Qurbanova
Redaktor : Ramiz Fətəliyev, Nüsrət Kəsəmənli
İnzibatçı : A. Əliyev, Arif Kərimov, Tərlan Babayev (II)(T. Babayev kimi)
Filmin direktoru : Aydın İmrani

Rollarda
Rasim Balayev-Rəhimov
Ceyhun Mirzəyev-Məmmədov
Yaşar Nuri-Məmməd
Muxtar Maniyev-Kərimov
Xuraman Hacıyeva-Xəlilova
Yelena Kostina-Alya
Aleksandr Şarovski-Prokuror
Loğman Kərimov-Lal-kar
Lətifə Əliyeva-Ana
Lalə Bağırova-Rimma
Əjdər Həmidov-Əhməd
Rafiq Əliyev (II)-Komsomol başçısı
Arif Kərimov-Murtuzov
Nizami Musayev-Dünyaminov
Sadıq Hüseynov-İstefada olan podpolkovnik
Tərlan Babayev (II)-Rəngsaz
Oqtay Süleymanov-Zavod işçisi
Sahib Quluzadə-Lal-kar cəmiyyətinin katibi
Alla Sannikova-Balacaboy qadın
İqor Sannikov-Balacaboy kişi
Alim Aslanov-Polkovnik Nəzərov
Dadaş Kazımov-Liftçi
Faiq Babayev-Zavod direktoru
Asiman Agayev-Stalin

Filmi səsləndirənlər
Amaliya Pənahova-Xəlilova (Xuraman Hacıyeva) (titrlərdə yoxdur)
Fəxrəddin Manafov-Prokuror (Aleksandr Şarovski) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Ana (Lətifə Əliyeva) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Filimler