beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərib cinlər diyarında (film, 1977)

Məzmun
Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası-Qərib(Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad(Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını(Firəngiz Şərifova), sevgilisini(Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz.
Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Hikmət Ziya
Quruluşçu rejissor : Əlisəttar Atakişiyev
Quruluşçu operator : Şərif Şərifov
Quruluşçu rəssam : Fikrət Əhədov
Geyim rəssamı : Əlisəttar Atakişiyev
Bəstəkar : Arif Məlikov
Səs operatoru : Vladimir Savin
Mahnıların Mətni : Hikmət Ziya
Rejissor : Arif Həbibi
Rejissor assistenti : Y. Əhmədov, Fərid Hümbətov
Rəqslərin Quruluşçusu : Rəfiqə Axundova, Maqsud Məmmədov
Dekor rəssamı : Fikrət Ələkbərov, Gennadi Tişşenko
Qrim rəssamı : N. Veselova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Operator assistenti : A. Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur)
Rəssam assistenti : E. Muradova, R. Xanukayeva
Redaktor : İsa Hüseynov
Çalır : Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı
Dirijor : V. Meşşerin
Filmin direktoru : Əli Məmmədov (III)
Mahnıları ifa edən : Akif İslamzadə
Kadrarxası mətn : Həsənağa Turabov (titrlərdə yoxdur)

Rollarda
Bəxtiyar Xanızadə- Qərib; Sahib
Muxtar Maniyev- Akşad
Amaliya Pənahova- Zərri
Ağahüseyn Cavadov- Qaraşad
Hamlet Xanızadə- Raki
Gülnarə Əfəndiyeva- Zərəngiz
Firəngiz Şərifova- Tükəz
Ələsgər Məmmədoğlu- Əsra
Mübariz Əlixanoğlu- Kəsra
Əhməd Əhmədov- Riqdas
Gündüz Abbasov- İblis
Yusif Yulduz-Falçı
Sadıq Hüseynov-Əsir qoca
Gümrah Rəhimov-Kəndli
S. Əliyev-Cəllad
Ramiz Əzizbəyli- Əxras
Rəşid Mahmudzadə-Cin
Cəmilə Atayeva-Cin
Fərəc Fərəcov-Qara cin (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Pərviz Bağırov-Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Filimler