beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Kazbek" qutusu (film, 1958)

Məzmun
Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır.
Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Məhərrəm Əlizadə
Rejissor : Rəşid Atamalıbəyov
Operator : Mirzə Mustafayev
Rəssam : Nadir Zeynalov
Bəstəkar : Zakir Bağırov
Səs operatoru : Sabir İsgəndərov
Rejissor assistenti : Əsgər İsmayılov
Operator assistenti : Tofiq Sultanov(T. Sultanov kimi)
Montaj üzrə assistent : A. Filimonova
Filmin Redaktoru : N. Sadıxov
Filmin direktoru : A. Şuşkin
Çalır : Estrada Orkestri
Dirijor : Q. Krupkin

Rollarda
Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov
Münəvvər Kələntərli-Məmişovun arvadı
Əzizə Məmmədova-Qarı
M. Babayeva-Süpürgəçi
Müxlis Cənizadə-"Kirpi" əməkdaşı
Tələt Rəhmanov-Tələbə Əliyev
S. Piriverdiyeva-Katibə
Əhməd Əhmədov (II)(Əhməd Ruminski kimi)-Rəngsaz
Nazim Yüzbaşov-Şikayətçi
Lütfəli Abdullayev-At yarışındakı adam
Fərhad İsmayılov-Məmişovun oğlu

Filmi səsləndirənlər
Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov)
Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov (II))


Tarix: 15.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 357 Bölmə: Filimler