beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki xalqın oğlu (film, 2004)

Məzmun
Film Azərbaycan və özbək xalqının böyük oğlu, yazıçı və dramaturq Maqsud Şeyxzadə haqqındadır.

Film haqqında
Filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və "Uzbektelefilm" studiyasının arxiv materiallarından istifadə olunmuşdur.
Filmdə Həmzə adına Özbəkistan Milli Dram Teatrında M.Şeyxzadənin "Mirzə Uluqbəy" tamaşası, M.Şeyxzadə adına orta məktəb, Ə.Nəvai adına Ədəbiyyat Muzeyində M.Şeyxzadəyə məxsus əşyalar və kitablar nümayiş etdirilir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldar İsgəndərzadə(Eldar İskəndərzadə kimi)
Quruluşçu rejissor : Vasif Məmmədzadə
Quruluşçu operator : Mahir Cahangirov
Səs rejissoru : Rəşad Mustafayev
Montaj : Şahin Nəcəfov
Səs operatoru : Elxan Rüstəmov
Səs Effekti : Həmid Rəsulov
Rejissor assistenti : Mikayıl Əjdəroğlu, İsmayıl Məmmədov
Operator assistenti : Fuad Xalxali
Tərcüməçi : Baləddin Abbasov
Redaktor : Vüqar Tapdıqlı
Filmin direktoru : Xaqani Savalan
Mətni Oxuyan : Muxtar İbadov, Əsmət Fətəli

Rollarda
Nemət Zeynalov-Balaca Maqsud
Tural Əhmədov-Maqsud Şeyxzadə
Aytən Əsgərova-Maqsud Şeyxzadənin həyat yoldaşı
İlqar müəllim-Muxtar Əfəndi
Almaz Əsgərova-Nənə
Əziz Mustafayev-Məktəb gözətçisi
Cahangir Əsgərov (II)-Sinif yoldaşı
Oqtay Əhmədov-Sinif yoldaşı
Tural Əliyusifli-Sinif yoldaşı
Sevinc Səmədova-Sinif yoldaşı
Ülkər Rəhimova-Sinif yoldaşı
Elşən Qəhrəmanov-Müstəntiq
İlkin Musaoğlu-Həbsxana gözətçisi
Oqtay Qurbanov-Həbsxana gözətçisi

Filmdə iştirak edənlər
İlyas Tapdıq(şair)
Pənah Xəlilov(professor)
Vahid Zaman(jurnalist
Alimə xanım (Maqsud Şeyxzadənin qızı)
Səidə xanım (Maqsud Şeyxzadənin bacısı)
Midhət Məmmədov (Ağdaş ağsaqqalı)
Nəsib Çələbiyev (Ağdaş ağsaqqalı)
Abdulla Aripov(Özbəkistan Respublikasının xalq şairi)
Şukrullo(Özbəkistan Respublikasının xalq şairi)
Usman Əzim(Özbəkistan Respublikasının xalq şairi)
Turgün Əzimov(Özbəkistan Respublikasının xalq artisti)
Rixsi İbrahimova(Özbəkistan Respublikasının xalq artisti)
Tuti Yusupova(Özbəkistan Respublikasının xalq artisti)
Həmidcan Həmidi(professor, Özbəkistan)
Aman Muxtar(yazıçı, Özbəkistan)
Almaz Axmedova (Maqsud Şeyxzadənin dostunun qızız)
Aydın Əzimbəyov(Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri)
Abduqafur Abdurraxmanov(Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri)

Arxiv kadrlarda iştirak edən
Maqsud Şeyxzadə (video və şəkil)(titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar
Azərbaycanın Özbəkistan Respublikasındakı Səfirliyi
Özbəkistanın Azərbaycan Respublikasındakı Səfirliyi

Çəkilişə kömək edənlər
Midhət Məmmədov (Ağdaş şəhər sakini)
Pakizə xanım Ağazadə (Bakı şəhər sakini)

Sitatlar
Maqsud Şeyxzadə: Mənim iki vətənim var. Xoşbəxt deyiləmmi?! Mənə Nizaminin əsərlərini Nəvainin ana dilinə, Nəvainin əsərlərini Nizaminin ana dilinə çevirmək səadəti nəsib oldu. Xoşbəxt deyiləmmi?! Qələmin ilahi qüdrətilə yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa və bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti taleyimə düşübsə xoşbəxt deyiləmmi?


Tarix: 15.02.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: Filimler