beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günaydın, mələyim! (film, 2008)

Məzmun
Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır.
Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır.

Film haqqında
Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir.
Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Filmdə melodrama elementləri, eyni zamanda mistik məhəbbət, ülvi məhəbbət də var.
Rafiq Quliyevin bir neçə tələbəsi operator assistenti, Oqtay Mirqasımovun tələbələri isə rejissor assistentləri kimi film üzərində işləyiblər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Oqtay Mirqasımov
Quruluşçu rejissor : Oqtay Mirqasımov
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Mayis Ağabəyov, Nazim Bəykişiyev, Rafiq Nəsirov, İsmayıl Məmmədov, Mirnadir Zeynalov
Bəstəkar : Elmar Fel
Rejissor : Vaqif Azəryar
İcraçı prodüser : Nadir Əliyev
Prodüserlər : Xamiz Muradov, Oqtay Mirqasımov
Koordinatorlar : Rafiq Dadaşov, Əliqulu Səmədov, Elman Qasımov
Operatorlar : Rəşad Nuriyev, Ceyhun Quliyev
Montaj : Gülşən Səlimova
Xoreoqrafiya : Ayan Mirqasımova
Pantomim : Elman Rəfiyev
Qrim : Firuzə İsmayılova
Makiyaj və saç düzümü : Fazilə Rəcəbova
Dialoqların redaktəsi : Vaqif Əlixanlı, Eldəniz Rəsulov, Dilsuz Mustafayev
Musiqi redaktoru : Rauf Əliyev
Solistlər : Elmar Fel, Teymur Fel, Leonid Barştak
Fotoqraf : Natiq İbrahimov
Rejissor qrupu : Əli İmanov, Ələkbər İmanov, Rövşən Ağayev, Raidə Quliyeva, Səidə Ömərova, Anar Nəsibov, Zülfiyyə Ələkbərova, Afiq Həsənov, Rauf Zeynalov
Operator qrupu : Əhməd Baraşov, Rauf Qurbanəliyev, Cəfər Əliyev, Elçin Məmmədov
Geyim üzrə assistentlər : Elvira Hüseynova, Xalidə Ağacanlı, Nigar Babayeva, Nailə İbrahimova, Leyla Əkbərova
Rekvizit : Səfurə Manafova
Məsləhətçilər : Mürvət Eyyubov (polkovnik-leytenant), Arif Həbibli (polis mayoru)
İşıq ustası : Adil Dadaşov
İşıqçılar : Əliağa İbrahimov, Anar Almazov, Akif Rəhimov
İcraçı prodüser müavini : Akif Əliyev
İnzibati qrup : Marqarita Buts, Ədalət Yunusov, Nadir Muqbilov, Yalçın Cəfərov, Məmməd Səmədov
Sürücülər : Ələkbər Abdulov, Mansur Mustafazadə
Vizual effektlər : Elrəng, Yuri Lebedev, Valeri Averin, Andrey Poleşşuk, Vladimir Vereşşako
Səs rejissoru : Gil Toren
Səsləndirmə qrupu : Rövşən Həşimov, Teymur Kərimov, Bəkir Bəkirzadə, Elmira Səmədova, Rafi Çen, Eyal Kuliş, Amit Pais, Nati Taub, Biton Keren-Or, Mikki Burenşteyn
Mix : Erez Eyni, Gil Toren, İsrael David
Laboratoriya işləmələri : M. Qorki adına kinostudiya (Rusiya)

Rollarda
Ayan Mirqasımova-Mədinə
Bəsti Cəfərova-aktrisa Sahibə
Həmidə Ömərova-Mədinənin qonşusu
Gülşad Baxşıyeva-Raya
Fuad Poladov
Abbas Qəhrəmanov-bağban
Telman Adıgözəlov-teatr rejissoru
Qurban İsmayılov-Sabir
Elşən Rüstəmov
Elnur Kərimov-Rəhman
Məmməd Səfa
Ramiz Məlikov
Şamil Süleymanov-Şamil müəllim
Cəfər Namiq Kamal
Bəxtiyar Xanızadə
Şövqi Hüseynov
Məsumə Babayeva
Fərman Kərimov
Ayşad Məmmədov
Yaqut Paşayeva
Nazir Rüstəmov-Sultan
İlahə Həsənova
Elxan Qurbanov
Məhərrəm Musayev
Elman Rəfiyev
Fərhad Oruclu
Tural Qurbanov
Elnur Abbasquliyev
Elnur İsmayılov
Bəhruz Əhmədli
Əli Əlizadə
Əflatun Abdullayev
Səbinə Hacıyeva
Elmirə Süleymanova
Firuz Xudaverdiyev-təlxək

Filmi səsləndirənlər
Səidə Quliyeva-Raya (Gülşad Baxşıyeva) (titrlərdə yoxdur)
Vüsal Murtuzəliyev-Rəhman (Elnur Kərimov) (titrlərdə yoxdur)

Sponsorlar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
Azercell Telekom
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İdarəsinə
Bakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi
Azərbaycan Respublikası Milli Bankı (Xəzinə Departamenti)
Bakı Metropoliteni idarəsi
"İmam Hüseyn" məscidi
"Kermur Plaza" şirkəti
"Master Tibot" şirkəti
"La Skala" firma-mağazası
"Xəzlər" firma-mağazası
"London-Pioneer" firma-mağazası
"Mirvari" restoranı
"Karamel" restoranı

Çəkilişə kömək edənlər
Hacı Əbdül Almazoğlu ("İmam Hüseyn" məscidi)
Eldor Urazbayev (Rusiya)
Rafiq Əliyev
Fuad Kərimov
Yusif Axundzadə (polkovnik)
Rövşən Məhərrəmov (polkovnik)
Elçin Muradov ("Kermur Plaza" şirkəti)


Tarix: 14.02.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 681 Bölmə: Filimler