beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvətnamə (film, 2003)

Məzmun
Beş toya dəvətnamə alan və maaşa baxan bank işçisi Cəfər(Fərhad İsrafilov) çıxılmaz vəziyyətdə qalır. Yeganə səbəb isə yenə puldur. Nəhayət baş verən zəlzələ Cəfəri bu toylardan xilas edir. Filmdə toy və yaslardakı lazımsız adət-ənənələrimiz tənqid edilir. Həmçinin filmə baxarkən "Ayağını yorğanına görə uzat" atalar sözü yada düşür.

Film Haqqında
Filmdə rejissor və prodüser Ramiz Həsənoğlu aktyor kimi də çıxış edib. Amma titrlərdə Jorj Mirzəyev kimi göstərilib.
Filmdə telejurnalist Qulu Məhərrəmli də aktyor kimi yer alıb. Amma titrlədə Qulu Zəngilanlı olaraq göstərilib.

Filmin Heyəti

Filmin üzərində İşləyənlər
Ssenari müəllifi : Aqşin Babayev
Mahnı İfa edən : Brilliant Dadaşova
Quruluşçu rejissor : Ramiz Həsənoğlu
Quruluşçu operator : Adil Abbasov
Bəstəkar : Ramiz Mirişli
Montaj Rejissoru : Rövşən Vaqifoğlu
Televiziya Rejissoru : Vüsalə Mirzəyeva
Quruluşçu rəssam : Rəfael Əsədov
Səs rejissoru : Firudin Bağıroğlu, Akif Xəlilov
Səsləndirmə Rejissoru : Rəşid Mövsümzadə
Orijinal Musiqinin Yazılışı : Vüqar Camalzadə, Mahir İbrahimov
Təkrar Səsyazma : Firudin Bağıroğlu
Rejissor : Əliqulu Səmədov
Operator : Qafur Sədiyev
Qrim rəssamı : Elbrus Vahidov
Qrim ustası : Firuzə İsmayılova(Firuzə Vahidova kimi), Eldar İsrafilov, Babək Rüstəmov
Səs Effekti : Əliqulu Səmədov, Həmid Rəsulov
Kompüter Qrafikası : Aleksandr Nikolayev
Rejissor assistenti : Nurlana Bürhanzadə
Kostüm : Elmira Quliyeva
Dekorçu : Fərhad Mayılov, İsfəndiyar İsmayılov, Əliağa Xəlilov
Videotəminat : Natiq Həsənov
Videoyazı Mühəndisi : Əfqan Əliyev, Canpolad Abbasov, Elçin Manafov
STS Qrupu : Ağazər Həşimov, Samir İzzətov, Soltan Əliyev, Sənan Cəfərov, Mürsəl Zəkiyev, Təbiət Məmmədov
Quraşdırıcı : Ələkbər Rəsulov, Ənvər Hüseynov, Emin Qəhrəmanzadə
Rekvizit : Vasif Məmmədov, Eldar Ramazanov, Tərlan Qafarov, Elşad Ağabəyov
EHM Operatoru : Mehriban Dadaşova
Redaktor : Şəfəq Sultan Əlixanlı
İcraçı prodüser : Arif Həkimoğlu
Prodüser : Ramiz Həsənoğlu

Rollarda
Fərhad İsrafilov-Cəfər
Səyavuş Aslan-Kamandar
Yaşar Nuri-Əkbər
Cahangir Novruzov-Əzizağa
Azər Mirzəyev-Molla, Tamada
Yasin Qarayev-Səlim
Səidə Quliyeva-Məleykə
Rəşid Səməndər-Qurban
Mətanət Atakişiyeva-Firuzə
Arif Həkimoğlu-Canpolad
Arif Qasımov-Şahpələng
Firuz Xudaverdiyev-Yasda oturan
Əzizağa Əzizov-Pul yazan
Aslan Şirinov(Aslan Şirin kimi)-Həmid
Məsmə Aslanqızı-Gülnaz
Qurban Məsimov-Bəstəkar
Şəlalə Şahvələdqızı-Katibə
Ramiz Həsənoğlu(Jorj Mirzəyev kimi)
Qulu Məhərrəmli(Qulu Zəngilanlı kimi)
Vüsalə Mirzəyeva
Nurlana Bürhanzadə
Akif Həşimzadə
Nazim Dadaşov
Azad Həmidov
Elçin Quliyev

Arxiv Kadrlarda İştirak edənlər
Brilliant Dadaşova (titrlərdə yoxdur)
Afaq Bəşirqızı (titrlərdə yoxdur)

Çəkilişə Köməklik edən Qurum
"Gənclik" Sarayı

Çəkilişə kömək edənlər
Qulu Məhərrəmli
Səyavuş Məmmədov
Vüqar Vəliyev
Yafət Xeyirov
Azad Həmidov


Tarix: 13.02.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 640 Bölmə: Filimler