Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dalan (film, 2012)

Məzmun

Varlı yataq xəstəsinə qulluq edən kasıb qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlətini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır.

Filmdə insan münasibətləri və daxili aləmin ziddiyyətləri, tamahın törətdiyi fəsadlar, nəfsin nəticə etibarilə insana həyatı bahasına başa gəlməsi əksini tapıb.

Film haqqında
Film Edqar Allan Ponun "Daxili ziddiyyət" hekayəsinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Edqar Allan Po
Ssenari müəllifi : Nəsimi Məmmədoğlu
Quruluşçu rejissor : Nəsimi Məmmədoğlu
Quruluşçu operator : Ramil Cəbrayılov
Quruluşçu rəssam : Rövşən Mehdiyev
Bəstəkar : Faiq Sücəddinov
Rejissorlar : Salam Məmmədəliyev, Zamiq Əlövsətoğlu
Xoreoqraf : Nailə Məmmədzadə
Rəssam köməkçisi : İlham Bağırzadə
Geyim üzrə rəssam : Məlahət Qafarzadə
Kostyumer : Gülxar Sadıqova
Rejissor assistentləri : Araz Məmmədli, Günel Xəlilova
Operator assistenti : Bədəl Bədəlov
Qrafika : Ayaz Qasımbəyli
İşıqçılar : Ramiz Cəfərov, Elçin İbadov, Vidadi Qəniyev
Səs rejissoru : Natiq Hüseynov
Səs operatoru : Mütəllim Nuriyev
Montaj : İlham Məmmədov
Texniklər : Cavid İsrafilov, Emin Talıbov
Qrim : Eldar İsrafilov
İnzibatçı : Vüqar Əliyev
Prodüser : Faiq Güləhmədoğlu
Redaktor : Rafiq Səməndər
Bədii rəhbər : Natiq Abdullayev
Filmin direktoru : Azad Məmmədov

Rollarda
Fizzə Nadirova – Səbinə
Əli Namaz – Zakir müəllim
Müsəllim Həsənov – həkim
Zemfira Əbdülsəmədova – qulluqçu
Əlibəy Məmmədov – Kamran
Aidə Cəbiyeva – qonşu
Zilli Namazov – baba
Sona Babayeva – nənə
Nəzrin Əliyeva – Səbinənin uşaqlığı
Yaqut Paşayeva – dekan
Təvəkkül Əhmədov – müəllim
Aynur Nəzərova – tələbə
Türkan Cahangirova – tələbə
Vaqif Cabbarlı – bağban
Zülfiyyə Qurbanova – ev yiyəsi
Rəşad Hətəmov – vəkil
Zaur Məmmədov – vəkil
Məmməd Nəcəfzadə – qonaq
Orxan Hacıyev – köməkçi

Çəkilişə köməklik edən qurumlar
Paşa Bank
Bakı metropoliteni
Respublika xəstəxanası
"OFKO" göz klinikası
"Xəzər" klinikası
2 saylı Tibb Kolleci
"Cristal Motors" şirkəti
"East Legend Panarama" oteli


Tarix: 13.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 687 Bölmə: Filimler
loading...