beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bircəciyim (film, 1986)

Məzmun
Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.
Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.

Film haqqında
Film aktrisa Mehriban Xanlarovanın kinoda ilk işidir.
Film yazıçı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" povestinin motivləri üzrə çəkilmişdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülüb.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : İlyas Əfəndiyev
Ssenari müəllifi : Yuri Çulyukin
Quruluşçu rejissor : Ənvər Əbluc
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Fikrət Əhədov
Bəstəkar : Mobil Babayev
Səs operatoru : Akif Nuriyev
Rejissor : Yusif Əlizadə
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Montaj edən : Esmira İsmayılova
Qrim rəssamı : Berta Roqova
Geyim rəssamı : Afət Məmmədova
Rejissor assistenti : Ə. Əhmədov, E. Şərifov
Rəssam assistenti : Adil Azay(Adil Azayev kimi)
Montaj üzrə assistent : Tamilla Muxtarova
İşıq Ustası : Tahir Bağırov
Kaskadyor Qrupunun Rəhbəri : V. Leontyev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl
Dirijor : Konstantin Krimets
Ansamblın Rəhbəri : Rafiq Babayev
Mahnıların Mətni : Vaqif Səmədoğlu
Mahnıları İfa edən : Mübariz Tağıyev
Məsləhətçi : Akif Rəfiyev (milis podpolkovniki)
İnzibatçı : Aydın Hüseynov
Redaktor : Eldəniz Quliyev
Filmin direktoru : Nadir Əliyev

Rollarda
Mehriban Xanlarova-Sarıköynək
Kamil Zöhrabov-Valeh
Həsən Məmmədov-Muradzadə
Hamlet Xanızadə-Məcidov
Ramiz Məlikov-Yusifov
Əhməd Salahov-Rövşən
Rafiq Əzimov-Musa
Vüqar Qasımov(V. Qasımov kimi)
Amaliya Pənahova-Zabitə
Vəliəhd Vəliyev-Camal
Ötkəm İsgəndərov-İlkin
Ömür Nağıyev-Eldar
Fərhad İsrafilov-Zeynal
Əliqulu Səmədov-Sərvər
Cahangir Aslanoğlu
Həsən Əbluc-Təhqiqatçı
Yusif Əlizadə-Təhqiqatçı
Fikrət Əhədov
Əhməd Əhmədov
C. Cəfərov
Lətifə Əliyeva-Musanın arvadı
Nuriyyə Əhmədova-Bardakı qadın
Azər Zeynalov-Bardakı çalğıçı
Eldəniz Rəsulov-Bardakı oğlan
Zilli Namazov-Rəqs edən
Mayak Kərimov-Milis işçisi
Mübariz Tağıyev-Müğənni (titrlərdə yoxdur)
Nəbi Qədirov-Restorandakı adam (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 466 Bölmə: Filimler