beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir qalanın sirri (film, 1959)

Azərbaycanfilm kinostudiyasının istehsalı olan Uşaq, Macara və Fantastik janrlarda çəkilmiş film.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
3.3 Filmi səsləndirən
4 Şəkil
5 Həmçinin bax
6 Xarici keçidlər
6.1 Video
6.1.1 İzlə


Məzmun
Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu(Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət(Tamara Kokova), igid və cəsur gənc usta Elşən(Gündüz Abbasov), Kamran baba(Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir

Film haqqında
Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.
Filmin işçi adı "Qanlı Qala" olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxıb.
Hadı ilə Bıdının isti yay günündə ayaqyalın yeriməsi səhnəsi əslində payız aylarında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Məmmədhüseyn Təhmasib
Quruluşçu rejissor : Əlisəttar Atakişiyev
Quruluşçu operator : Arif Nərimanbəyov, Mirzə Mustafayev
Quruluşçu rəssam : Nadir Zeynalov
Geyim rəssamı : Kazım Kazımzadə
Bəstəkar : Rauf Hacıyev
Səs operatoru : Əziz Şeyxov
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı : Əlisəttar Atakişiyev
Mahnının Mətni : Nəbi Xəzri
Montaj edən : V. Mironova
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Niyazi
Filmin direktoru : Əli Məmmədov (III)
Rejissor : Əlisəttar Məlikov

Rollarda
Gündüz Abbasov- Elşən
Tamara Kokova- Mətanət
Məmmədrza Şeyxzamanov- Eldostu
Əli Qurbanov- Kamran baba
Andrey Fayt- Göygöz Kosa
Əli Zeynalov- Simnar xan
Ağadadaş Qurbanov- Usta
Ağahüseyn Cavadov- Falçı
Məlik Dadaşov- Dərviş
Telman Əliyev (II)- Hadı
Fərhad İsmayılov- Bıdı
Arif Mədətov- Qara qul
Tələt Rəhmanov-Yaraqlı
Nazim Ağayev

Filmi səsləndirən
Müxlis Cənizadə-Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)
Əlizaman Qasımov (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Filimler