beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəşir Səfəroğlu (film, 1969)

Məzmun
Film vaxtsız vəfat etmiş görkəmli teatr və kino aktyoru, respublikanın əməkdar artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Bəşir Səfəroğlu ...Azərbaycan operetta teatrının inkişafında böyük zəhmət çəkmiş bu gözəl sənətkarın xatirəsi tamaşaçıların qəlbində həmişə yaşayacaqdır.
Bəşir Səfəroğlu teatrı, həyatı, insanları sevirdi. Buna görə də televiziya filmində o, təkcə görkəmli bir aktyor kimi deyil, eyni zamanda gözəl insan, qayğıkeş ata, vəfalı dost kimi göstərilmişdir.

Film haqqında
Filmdə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının artistləri iştirak edirlər.
Burada Bəşir Səfəroğlunun iştirak etdiyi tamaşalardan və filmlərdən istifadə edilmişdir.
Bu filmin çəkilişinə hələ aktyorun sağ olduğu vaxtdan başlanmışdır. Ağır xəstəlik keçirən aktyor filmdən bir müddət sonra həyata gözlərini əbədi yummuşdur.
Bəşir Səfəroğlunun yaratdığı surətlərdən bir çoxu filmə daxil edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rauf Kazımovski
Quruluşçu rejissor : Rauf Kazımovski
Quruluşçu operator : Nəriman Şıxəliyev
Quruluşçu rəssam : Habil Kazımov
Səs rejissoru : İsgəndər Kərimov

Rollarda
Bəşir Səfəroğlu
Lütfəli Abdullayev
Dadaş Kazımov
İmamverdi Bağırov

Filmdə iştirak edənlər
Afaq Bəşirqızı-Özü
Əliağa Ağayev


Tarix: 11.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Filimler