beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Real hadisələrə əsaslanan ən yaddaqalan filmlər

Real həyat hadisələrinə söykənən filmlər həmişə tamaşaçıların maraq dairəsində olub. Yaşanan hekayələrdən ilham alan rejissorların çəkdiyi bu filmlər uzun müddət yaddaşlardan silinmir.


“Ruanda oteli”
Film 1994-cü ildə Ruandada Hutu və Tutsi etnik qrupları arasında yaşanan və minlərlə insanın ölümüylə nəticələnən vətəndaş müharibəsindən bəhs edir.

Filmin baş qəhrəmanı Paul Rusesabaqine qəsəbənin ən bahalı otelinə rəhbərlik edir. İrqçiliyə nifrət edən Paulun həyat yoldaşı da Tutsilərdəndir. Paul həm öz ailəsini həm də günahsız insanları qorumaq üçün nə isə etməlidir.

Don Çidl, Xoakin Feniks və Nik Nolton kimi təcrübəli aktyorların oynadığı filmin rejissoru Terri Corcdur.


“Xoşbəxtlik axtarışında”
Film arvadı tərəfindən tərk edilən və oğluyla həyat mübarizəsi aparan Kris Qardnerin həyatından bəhs edir. Qabriele Muççinonun çəkdiyi filmdə baş rolları Vil Smit və oğlu Ceyden Smit canlandırır.


“Titanik”
Dünyanın xatırlamaq istəmədiyi fəlakətlərdən biri olan “Titanik” faciəsi 1997-ci ildə dahi Ceyms Kameron tərəfindən ekranlaşdırılıb.
Rejissor aysberqə çırpılıb parçalanan gəmidə yaşananları iki gəncin sevgisi fonunda təqdim edib.
Filmdə əsas rolları Leonardo di Kaprio və Keyt Uinslet canlandırıb.


“Pianoçu”
Roman Polanskinin üç nominasiyada “Oskar”a layiq görülən filmi İkinci Dünya müharibəsi zamanı yaşanan real həyat dramından bəhs edir.

Məşhur polşalı pianoçu Vladislav Şpilmanın xatirələrini yazdığı eyniadlı kitab əsasında ekranlaşdırılan film Şpilmanın Varşavanın kənar məhəllələrində apardığı həyat mübarizəsindən bəhs edir.

Baş rolu ifa edən Edrian Broudi bu roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Oskar” qazanıb.


“Erin Brokoviç”
Film hüquq təhsili olmayan, amma çox önəmli məhkəmə proseslərində haqlı tərəfin qalib gəlməsinə nail olan sadə və mübariz qadından bəhs edir. Stiven Sodeberqin rejissoru olduğu filmdə Brokoviç rolunu Culiya Roberts canlandırıb.


“Apollon 13”
Ron Hovardın 1995-ci ildə ekranlara çıxan filmi Amerika tarixinin ən böyük qalmaqallarından biri olan “Apollon 13” layihəsindən bəhs edir. Filmdə 1970-ci ildə Aya göndərilən və partlayan kosmik gəmi heyətinin sağ qalmasından və dünyaya qayıtmasından danışılır.

Filmdə Tom Henks, Bill Pekston və Kevin Beykon kimi təcrübəli aktyorlar rol alıb.


“Şindlerin siyahısı”
Real hadisələrə əsaslanan film Oskar Şindler adlı alman iş adamının İkinci Dünya müharibəsi zamanı Polşada qurduğu fabrikdə yəhudiləri işlətməsi və bu yolla 1100 yəhudinin həyatını xilas etməsindən bəhs edir.

Əfsanəvi Stiven Spilberqin yaddaqalan işlərindən biri olan filmdə Oskar Şindler rolunu Liam Nelson canlandırır.


“Bacımın hekayəsi”
Ceremi Levenin eyniadlı romanı əsasında ekranlaşdırılan film Ticerald ailəsinin leykozla mübarizəsindən bəhs edir.

Sara və Brayn Ticerald qızları Keytin leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrənir. Qızlarının bir neçə il ömrü qaldığını öyrənən valideynlər Keytə donor olması üçün daha bir övlad dünyaya gətirir. İllər sonra Anna ailəsinin onu məhz donor olmaq üçün dünyaya gətirdiklərini öyrənəndə ana və atasını məhkəməyə verir. Keyt isə ölümlə mübarizə aparır.

Rejissor Nik Kassavetesin beş il öncə ekranlara çıxan filmində əsas rolları Kameron Diaz, Abiqayl Breslin və Alek Boldvin canlandırıb.


“Sosial şəbəkə”
Film bütün dünyanı fəth edən “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və dostlarından bəhs edir. Zukerberqi oğru kimi qələmə verən film kifayət qədər qalmaqala və müzakirələrə səbəb olub.


Tarix: 28.11.2014 / 12:24 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Filimler