beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən yaxşı tarixi filmlər

İnsanların zövqləri film seçiminə görə də çox fərqlənir. Bu, xasiyyətimizdən, çox zaman da əhvalımızdan asılı olan bir şeydir.

Kino janrları müxtəlifdir. Kiminin zövqünü dramlar, kimininkini melodram, qorxu filmləri oxşayır. Son zamanlar üstünlük triller və psixoloji filmlərə verilir.

Bu dəfə sizlərə müharibəyə aid olan, yəni tarixi filmlərdən söz açmaq istəyirik. Çox mürəkkəb süjet xəttinə sahib olan bu filmlər həqiqi (həyatda baş vermiş) hadisələri əks etdirir.

Sizləri bu maraqlı siyahıya nəzər salmağa çağırırıq. Filmlər arasında baxmadıqlarınız varsa, sizlərə onları izləməyi tövsiyə edirik. Bu da siyahı:
Schindler`s List
1. “Şindlerin siyahısı” ( Schindler`s List)
Filmin janrı: film- bioqrafiya, dram, tarixi film.
Film 2-ci Dünya Müharibəsi zamanı baş verən hadisələrdən danışır.
Rejissor və prodüsser Stiven Spilberqin 1993-cü ildə lentə aldığı möhtəşəm film.
Filmin sloqanları: “Bir insanı xilas edən- bütün dünyanı xilas etmiş olur”. “Bu siyahı- həyatdır”. “ The list is life”.

The Pianist
2. "Pianoçu" ( The Pianist)
Filmin janrı: film- bioqrafiya, dram, tarixi film.
Film XX əsrin 30-cu illərində Polşada baş verən hadisələrdən danışır.
Rejissor və prodüser Roman Polanskinin 2002-ci ildə ekranlaşdırdığı film.
Filmin sloqanı: “ Musiqi onun ehtirası, həyatda qalmaq isə- şah əsəri idi”.
“ Music was his passion. Survival was his masterpiece”.

The Patriot
3. “Patriot” ( The Patriot)
Filmin janrı: dram, döyüş filmi.
Rejissor Roland Emmerixin 2000-ci ildə ekranlaşdırdığı film.
Film, 1776-cı ildə Birləşmiş Ştatların müstəqillik üçün apardığı mübarizədən danışır.
Filmin sloqanı: “ Bəzi şeylər uğrunda savaşmağa dəyər”.
“ Some things are worth fighting for”.

Empire of the Sun
4. “Günəşin imperiyası” (Empire of the Sun)
Filmin janrı: dram
Rejissor Stiven Spilberqin 1987-ci ildə ekranlaşdırdığı film.
Film 2-ci Dünya müharibəsi zamanı itkin düşmüş ingilis uşağının başına gələnlərdən bəhs edir.
Filmin sloqanı: “ Bu müharibədən sağ çıxmaq istəyirsə, ətrafında baş verənlərə məğlub olmayacaq qədər güclü olmalıdır”.
“ To survive in a world at war, he must find a strenght greater than all the events than surround him”

Troy
5. “Troya” (Troy)
Filmin janrı: döyüş filmi, dram, peplum
Homerin “İliada” poeması əsasında ekranlaşdırılmış tarixi dram.
2004-cü ildə rejissor Volfqanq Petersen tərəfindən lentə alınmış film.
Filmin sloqanı: “Troya üçün!” “For Troy!”

The boy in the striped pyjamas
6. “Zolaqlı pijamadakı oğlan”. (The boy in the striped pyjamas)
Filmin janrı: dram, tarixi dram, müharibə filmi.
Film 2-ci Dünya Müharibəsi zamanı baş vermiş hadisələri əks etdirir.
Rejissor Mark Xermanın 2008-ci ildə lentə aldığı film.
Filmin sloqanı: “Bütün zamanların itirilmiş məsumluq və qazanılmış insanlıq hekayəsi”. “A timeless story of innocence lost and humanity found”

Officers
7. “ Zabitlər” (Офицеры. Officers.)
Filmin janrı: dram, melodram.
Rejissor: Vladimir Roqovoy.
Film 1971- ci ildə ekranlaşdırılan film, 1920-1960-cı illər arası baş vermiş hadisələri əks etdirir.
Filmin sloqanı mövcud deyil.

Enemy at the Gates
8. “Qapıdakı düşmən” (Enemy at the Gates)
Filmin janrı: döyüş filmi, triller, dram, tarixi film.
Rejissor: Jan- Jak Anno.
Filmdə 1942-ci ildən, Stalinqrad döyüşü zamanı baş vermiş hadisələrdən danışılır.
Filmin sloqanı: “İki millət arasındakı döyüş iki insan arasında olan münaqişəyə gətirib çıxardır”.
“ A battle between two nations became a conflict between two men”


Tarix: 28.11.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Filimler