Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmiz düşüncənin əbədi parlaqlığı

Film: Təmiz düşüncənin əbədi parlaqlığı

Rejissor: Mişel Qondri

Ölkə: ABŞ

Janr: Dram, Fantastika

İl: 2004

İMDB balı: 8.5

Film Fiction balı: 8.5

Filmin ideyası fransalı rejissor və ssenarist Mişel Qondrinin aktyor Pyer Bosmot ilə söhbətindən sonra yarandı. Aktyor rejissora belə bir fikir söyləmişdi: “Səhər tezdən durursan və poçt qutunuza məktub gəlir. Açırsız və orda yazılıb- Siz tanıdığınız şəxs sizi yaddaşından pozdu.“Məhz bu ideya tammetrajlı bir filmin yaranmasına səbəb oldu. Baxmayaraq ki, Mişel bu filmə qədər elə də tanınmırdı və cəmi bir filmi var idi, filmin ssenarisi bir çox aktyor və aktrisalara maraqlı və cəlbedici görünürdü.

Nikolas Keyc özü filmdə çəkilmək istəyini açıq şəkildə bəyan etmişdi. Rejissorun seçimi isə heç kimin gözləmədiyi halda komediya ustası Cim Kerri oldu. Filmdə əsas rol, yəni Coel obrazı məhz Cim Kerriyə həvalə olundu. Onun tərəf müqabili isə Keyt Uinslet oldu. Bundan əvvəl heç vaxt Keyt bu filmdəki kimi şıltaq obraz canlandırmamışdı. Bir sözlə Mişel eksperimentlərlə dolu bir film çəkirdi. Filmdə Elayci Vud, Kristen Danst və Mark Rufallo kimi məhşur aktyorlar da rol almışdılar. Filmin büdcəsi 20 milyon dollar idi və bu da ilk baxışdan fantastika janrı və Mişelin sseanarisi üçün az məbləğ kimi görünürdü. Amma alınan nəticə bütün proqnozları alt-üst etdi.

Cim Kerri və Keyt Uinslet hər biri ən yaxşı rollarından birini ifa etmişdilər. Keyt “Klementini” roluna görə Oskara da nominant oldu. Cim Kerri “Coel” roluna çox yaraşmışdı. Film 72 milyon gəlir gətirdi və bir çox mükafatlar qazandı, o cümlədən “Ən orijinal ssenari” nominasiyasında Oskarı.Film absurd bir ideyadan bəhs edir. İnsanlar bir-birini unutmaq üçün yaddaşlarından istədikləri insanları silə bilirlər. Klementini və Coel də bu əməliyyatı keçirib və bir-birlərini siliblər yaddaşlarından. Amma həyat onları yenidən qarşılaşdırır və bir zamanların sevgililəri yenidən, heç nə olmamış kimi bir-birilərini sevirlər.

Joel and Clementine
Film çox qarışıqdı və çox dinamikdi. Xüsusən Coelin yaddaşının pozulma prosesi və həmin prosesdə qəhrəmanların sevgilərini qorumaq üçün mübarizəsi həqiqətən gözəl çəkilib. Baxmayanlar əmin olsunlar ki, bu vaxta kimi belə bir filmə baxmayıblar. Filmin soundtrackləri də əladı və zövqlə uyğunlaşdırılıb filmə.


Tarix: 28.11.2014 / 11:43 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Filimler
loading...