beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Osman

Sultan III Osman (1754-1757)

II Mustafanın oğludur. 1699-cu ildə anadan olub.

13 dekabr 1754-ci ildə böyük qardaşı Sultan I Mahmudun vəfatından sonra taxta çıxdı.

Sultan III Osmanın qısa sürən səltənət dövrəsi sülh və sakitlik içərisində keçdi. 1755-ci ildə Rus sərhədindəki bəzi hadisələr bu dövlətlə ixtilafa gətirib çıxaracaq kimi görünsə də, hər iki tərəf sülhü pozmadı. Misirdə Məmluklülerin üsyan hərəkətlər, qısa müddətdə yatırıldı. Sultan ayrıca hadisələrdə laqeydliyi görülənləri vəzifələrindən uzaqlaşdırıldı. Sədrəzəm Bahir Mustafa Paşanın yerinə Həkimoğlu Əli Paşa gətirildi.

İran hərbləri səbəbindən dövlətin nüfuz boşluğundan istifadə edərək quldurluğa başlayan levedler, Anadoluda xalqa böyük əziyyətlər verirdilər. Bu qarışıqlıq III Osman dövründə daha da artdı. Sultan, Həkimoğlu Əli Paşanı onların üzərinə göndərərək şiddətlə cəzalandırdı.

Sultan III Osman, hakimiyyətinin üçüncü ilində, 29 ktyabr 1757-ci ildə vəfat etdi.


Tarix: 03.03.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Dunya ve tarixi