beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (sav) dili ilə müstəcəb dualar

1.(( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْهَرَمِ وَالْبُخْلِ وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ, وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ))
- [Allahummə inni ə‘uzu bikə minə-l-‘aczi va-l-kəsəli va-l-cubni va-l-hərami va-l-buxli va ə‘uzu bikə min ‘azəbi-l-qabri va min fitnəti-l-məhyə va-l-məmət]
«Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, qocalıq dərdindən, paxıllıqdan, o cümlədən qəbr əzabından, həyat və ölümün fitnəsindən Sənə sığınıram»
(Buxari, 7/59, Müslim, 4/2079.)

2.((اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ جَهْدِ الْبَلأَءِ وَدَرَكِ الشَّقَاءِ وَسُوءِ الْقَضَاءِ وَشَمَاتَةِ الأَعْدَاءِ ))
[Allahummə inni ə‘uzu bikə min cəhdi-l-bələ’i va dəraki-ş-şəqa’i va su’i-l-qada’i va şəmə’təti-l-ə‘də’i]
«Allahım! Bəlanın məşəqqətindən, bədbəxtçiliyə düçar olmaqdan, pis qəzavü-qədərdən və düşmənlərin bədxahlığından Sənə pənah aparıram».
(Buxari, 7/155, Müslim, 4/2080.)

3.(( اللَّهُمّ أَصْلِحْ لِى دِينِى الَّذِي هُوَ عِصْمَةُ أَمْرِى، وَأَصْلِحْ لِى دُنْيَاىَ الَّتِي فِيهَا مَعَاشِى، وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِى وَاجْعَلَ الْحَيَاةَ زِيَادَةً لِى فِي كُلِّ جَيْرٍ وَاجْعَلِ الْمَوْتَ رَاحَةً لِى مِنْ كُلِّ شَرٍّ ))
[Allahummə əslih li di’niyəlləzi huva ismətu əmri va əslih li dunyəyəlləti fiyhə mə‘ə’şi va əslih li a’xirəti-l-ləti fiyhə mə‘ə’di vac‘əli-l-həyətə ziyə’dətən li fi kulli xeyr vac‘əli-l-məutə ra’hətən li min kulli şərr]
«Allahım! Xoşbəxtliyimin zəmanəti olan dinimi təkmilləşdir, yaşayışımın əsası olan dünyamı sahmana sal, qayıdış yerim olan axirətimi yaxşılaşdır. Həyatı mənim üçün hər bir xeyir işdə artım və ölümü mənim üçün hər bir şər işdən qurtuluş et!».
(Müslim, 4/2087.)

4.(( اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْهُدَى, وَالتُّقَى وَالْعَفَافَ وَالْغِنَى ))
[Allahummə inni əs’əlukə-l-hudə va-t-tuqa va-l-afə’fə va-l-ğinə]
«Allahım! Səndən hidayət, Allah qorxusu, iffətli və zəngin olmağı diləyirəm».
(Müslim, 4/2087)

5.((اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ, وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللَّهُمَّ آتِ نَفْسِى تَقْوَاهَا, وَزَكَّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا. أَنْتَ وَلِيُّهَا وَمَوْلاَهَا، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لاَ يَنْفَعُ, وَمِنْ قَلْبِ لاَ يَخْشَعُ وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ وَمِنْ دَعْوَةٍ لاَ يُسْتَجَابُ لَهَا ))
[Allahummə inni ə‘uzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-buxli va-l-hərami va ‘azəbi-l-qabri. Allahummə ə’ti nəfsi təqvə’hə va zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə va məulə’hə. Allahummə inni ə‘uzu bikə min ‘ilmin lə yənfə‘ va min qalbi lə yəxşə‘ va min nəfsin lə təşbə‘ va min də‘vətin lə yustəcə’bu ləhə]
«Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, qocalıq dərdindən, paxıllıqdan və qəbr əzabından Sənə sığınıram. Allahım! Nəfsimi təqvalı et və onu təmizə çıxart! Sən onu təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! Allahım! Faydasız elmdən, təslim olmayan qəlbdən, doymaz nəfsdən və eşidilməyən duadan Sənə sığınıram»
(Müslim, 4/2088.)

6.( اللَّهُمَّ اهْدِنِى وَ سَدِّدْنِى, اللَّهُمَّ إنِّى أسْألُكَ الْهُدَى وَالسَّدَادَ ))
[Allahummə ihdini va səddidni. Allahummə inni əs`əlukə əl-hudə va əs-sədə‘d]
«Allahım! Məni haqq yoluna yönəlt və mənim səhvlərimi düzəlt! Allahım! Səndən hidayət və düzgünlük istəyirəm»
(Müslim, 4/2090.)


Tarix: 06.05.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Dualar