beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İMANIMIN İLK GÜNÜ

İman ləzzəti hiss etdim imanımın ilk günü!
Nə xoşbəxtdim İslamla əhd-peymanımın ilk günü!

Qəlb genişlənər İslama ilk gəldiyin günündə,
Bir yeni səhfə açılar həyatında, ömründə.

Ürəyin çox rahatlayar, tovhid ilə çox xoşnut,
Çünki, çıxır qəlbindən şirk olanlar, həm də tağut.

İslam qapısında tovhid ilə atılsa təməl,
Fayda olar varlığına ixlasla olsa əməl.

İlk günündən ixlası qur qəlbində, möhkəmləndir,
Müsəlman tək zahirini xoş elə, görkəmləndir.

Uşaq vaxtı tanış olmaq sələflərin fəhmiylə,
Mümkün olar bir Allahın mərhəməti, rəhmiylə.

Sabit olmaqla qalar imanın dadı qəlbində,
Düzlüklə keçər həyatın müsəlman qəlibində!


------------
Abdussələm Sahib


Tarix: 09.05.2013 / 12:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Dini Şe`rlər