beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi – qadının mövcudiyyətidir

Qadının qəlbi məzar kimidir; girən bir də çıxmaz. Kişi qəlbi dükan kimidir; girən-çıxanın hesabı olmaz.

Həyatın üzünə bax. Həmişə həyatın üzünə bax. Nə olduğunu bilmək, onu olduğu kimi sevmək üçün həyatın üzünə bax.

Özü haqda həqiqətləri deməyən çətin ki başqalarının həqiqətlərini deyə bilə.

Hamının keçmişi qəlbində gizlətdiyi bir kitabın səhifələri kimi gizlindir; dostlar bu kitabın ancaq ön sözünü oxuya bilirlər.

Başqalarının gözləri bizim məhbusumuzdur; onların fikirləri də bizim həbsxanamız.

Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də səbirsizliklə məktub gözləyir.

Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin.

Tərcümədə ən birinci yumor itir.

Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Axı dünyanın böyüklüyü və fərqliliyinə nəzərən iki cins nədir ki?! Niyə bir cinsə məhkum olaq?!

Yaşamaq niyə uçurumun yanından keçən dar yol kimidir?!

Qadın kişilər haqda düşündüyü müddətcə, heç kim qadının fikirləşməyinə qarşı çıxmır.

Öz adını qeyd etmədən bu qədər şeir yazan “Anonim” böyük ehtimalla qadın olub.

Kitablar ruhun aynasıdır.

Sevgi – qadının mövcudiyyətidir.

Xoşbəxtliklə melanxoliyanı bir-birindən ayıran cizgidən daha nazik heç nə yoxdur.

Həyata nə ilə başlamağımızın fərqi yoxdur, əlimizdə həmişə az şey qalacaq.

Melanxoliya – qış gecəsinin səsidir.

Öz həyatını qurmaq istəyən qadınlara evlənməyi məsləhət görmürəm.

Bir qadın kimi ölkəm yoxdur. Bir qadın kimi ölkəmin olmağını istəmirəm. Bir qadın kimi bütün dünya mənim ölkəmdir.

Yaşadığımız sevgilər, sevgililər həyatımızı dəyişdirir. Səhvlərlə dəyişmiş həyatımızı yenidən alt-üst edir...

Neçə dəfə yaşadığımız anın dəyərini bilmədiyimiz üçün gələcəkdən imtina etmişik, neçə dəfə qiymətini bilmədiyimiz, indi olduğumuzdan daha parlaq bir gələcəyi əlimizdən qaçırmışıq.


Tarix: 10.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Dahilerin sözleri