beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyərli ata sözləri

Pislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma. (Çin atalar sözü)

Təmiz vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözü)

Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər. (Çin atalar sözü)

Xəmir yoğurmaq istəməyən beş gün un ələyər. (Yunan atalar sözü)

Bir dəfə aslanın belinə mindinsə, enmək çətindir. (Çin atalar sözü)

Yaxşı at olsun, nalı olmasa da olar. (Kürd atalar sözü)

Güclü insanların iradəsi, zəiflərin isə ümidi olur. (Çin atalar sözü)

Kimsə sizi bir dəfə aldatsa, günah onundur. İki dəfə aldatsa, günah sizindir. (Rumin atalar sözü)

Günəş gərək işıldaböcəyə baş qoşmasın. (Tay atalar sözü)

Aslanlar öz hekayələrini özləri yazmırsa, ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik. (Fransız atalar sözü)

Kim elədi deməzlər, kim dedi deyərlər. (Kürd atalar sözü)

Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır. (Tay atalar sözü)

Gözəllik — qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri alınan ilk şeydir. (Çili atalar sözü)

Qadın kölgə kimidir: arxasınca düşəndən qaçar, önündə gedənin arxasına düşər. (Konqo atalar sözü)

Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək. (Çin atalar sözü)

Sevgi üçün tökülən göz yaşı ilə müharibədə tökülən qanın əvəzi olmaz. (Fransız atalar sözü)

Vaxt bütün qapıları səbirli insanların üzünə açır. (Çin atalar sözü)

Sevgi və ölüm sərhəd tanımır. (Fransız atalar sözü)

Qurduğumuz ən böyük həbsxana içimizdədir. (Çin atalar sözü)

Lap yaxşı – yaxşının düşmənidir. (Fransız atalar sözü)

Acmayan adam çörəyin nə olduğunu bilməz. (Yunan atalar sözü)

İstər daş yumurtanın üstünə düşsün, istər yumurta daşın, olan yenə yumurtaya olacaq. (Yunan atalar sözü)

Olanları dəyişdirə bilmirsinizsə, baxışınızı dəyişdirin. (Bizans atalar sözü)

Ehtiyac öz qaydalarını özü yazır. (Fransız atalar sözü)

İnsanlar yaşadığı üçün deyil, yaşamadıqları üçün qocalırlar. (Portuqal atalar sözü)

Yaxşı şagird müəllimi olmayanda bilinər. (Portuqal atalar sözü)

Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır. (Portuqal atalar sözü)

Səndən uzaqlaşana qədər timsaha “uzunağız” demə. (Yamayka atalar sözü)

Qızıl ləyənin qan qusana nə faydası?! (Bolqar atalar sözü)

Qış günəşinə və qadın gülüşünə inam olmaz. (Bolqar atalar sözü)

Bəxti taxta dəyişmə. (Kürd atalar sözü)

Kefli olanda kiməsə vəd, hirsli olanda cavab verməyin. (Çin atalar sözü)

Ürək süfrə deyil ki, insan hamıya aça. (Kürd atalar sözü)

Düşmənin bir qarışqa da olsa, tədbirini gör. (Kürd atalar sözü)

Hər dəmirdən qılınc olmaz. (Kürd atalar sözü)


Tarix: 10.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 293 Bölmə: Dahilerin sözleri